Abel Məhərrəmovun əleyhinə imza toplanılmasına başlandı

22.02.2014 - 13:23

Abel Məhərrəmovun əleyhinə imza toplanılmasına başlandı

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin tələbələri kəsirlərlə bağlı əlavə ödəniş tələblərinə etiraz ediblər.
Onlar bununla əlaqədar hətta aksiya da keçirmişdilər. Rektor Abel Məhərrəmov dünən məsələ ilə əlaqədar tələbələrlə görüşüb. Lakin görüşdən dərhal sonra sual verən tələbələrdən biri döyülərək naməlum istiqamətə aparılıb. Bu barədə, həmin tələbənin yoldaşları məlumat veriblər. Tələbənin döyüldüyünü əks etdirən video-görüntü isə sosial şəbəkələrdə paylaşılıb. 
Virtualaz.org faktxeber.com-a istinadən bildirir ki, baş verənlərlə əlaqədar olaraq tələbələr “Universitetdə  zorakılığa son qoyun!” adlı imzatoplama kampaniyasına başlayıblar.  Dövlət başçısına ünvanlanan sənəddə bildirilir ki, Bakı Dövlət Universitetinin rektoru  Abel Məhərrəmovun muzdurları öz haqqını tələb edən tələbəni universitetin akt zalında  döyərək, onu naməlum istiqamətə aparıblar. Onlar Azərbaycanda günü-gündən artan məmur özbaşnılığından prezidentə şikayət ediblər: “Bu kimi hallara dərhal son qoyulmalıdır, çünki bura bazar deyil, təhsil müəssisəsidir”.
Tələbəlrin sözlərinə görə, onlara qarşı zorakılıq olub. Müəllim isə özünü muzdur kimi aparıb: “Onlar öz haqlarını tələb edən Hüseyni Qarasulunu  sərt şəkildə döyüblər. Bundan sonra həmin müəllim başqa tələbələri də təhdid edib”.
Tələbələr Abel Məhərrəmovun dərhal işdən azad edilməsi tələbini irəli sürüblər: “Biz tələb edirik ki, bu müəllim Universitetdən qovulsun və öz hüquqları uğrunda mübarizə aparan tələbələrə bir daha toxunulmasın. Bizə qarşı bu cür münasibətə son qoyulsun. Son! Son! Son!”. (virtualaz.org)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4519

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031