Ərdoğanın gizli dinlənilməsində Amerika izi tapıldı

22.02.2014 - 13:36

Ərdoğanın gizli dinlənilməsində Amerika izi tapıldı

Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğanın bir qrup millət vəkili ilə görüşündə adlarını açıqladığı və rəsmi iqamətgahında dinləmə qurğuları yerləşdirdiyinə görə ittiham etdiyi polislərlə əlaqədar maraqlı faktlar üzə çıxıb.
Publika.az -ın verdiyi xəbərə görə, “Milliyet” qəzeti dinləmə qurğuları yerləşdirən polislərdən birinin şirkət qurduğunu yazıb.
Qeyd edək ki, Türkiyə baş naziri Ankaranın Keçiören mahalında yerləşən evindəki iş otağına böcəkləri-dinləmə qurğularını yerləşdirənlərin xaricə qaçdığını bildirib. İki polisin adını çəkən Ərdoğan onlarla bağlı istintaqın davam etdiyini qeyd edib.
Şübhəli şəxs kimi adı çəkilən polis rəislərindən biri A.T. ABŞ-da tibb təhsili aldıqdan sonra Türkiyəyə qayıdıb və Baş Nazirlik Mühafizə İdarəsində vəzifəyə təyin olunub. Kamera quraşdırılması və digital texnologiya sahəsində mütəxəssis olduğu deyilən A.T. bir müddət əvvəl polis təşkilatından istefa verib. Aparılan araşdırmalardan sonra onun kamera sistemlərinin quraşdırılması üzrə tenderlərə qatılan şirkətin “gizli” sahibi olduğu məlum olub. Şirkətlə bağlı aparılan araşdırmalar da A.T.-nin şirkətdə əsas söz sahibi olduğunu müəyyənləşdirib. Həmin şirkətin bir müddət əvvəl Baş Nazirlik tərəfindən digital kamera sisteminin alınması ilə bağlı elan edilən tenderə qatıldığı, amma qalib gəlmədiyi bildirilir.
 Aparılan apaşdırmalar nəticəsində polis rəisi A.T.-nin ona yaxın olan və eyni zamanda Baş Nazirlik Mühafizə İdarəsində çalışan polis məmuruna sözügedən şirkətdə vəzifə verdiyi müəyyənləşdirilib. A.T.-nin yaxını olan və Baş Nazirlik Mühafizə İdarəsində çalışan polis məmuru S.D.-nin rəsmi şəkildə  xaricdə səfərdə olduğu ortaya çıxıb. İntintaq sənədində adı keçən S.D.-nın da A. T. kimi digital sistemlər üzrə mütəxəssis olduğu bildirilir. (virtualaz.org)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4521

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031