Xırdalanda Heydər Əliyevin sözləri yazılmış plakat cırıldı

22.02.2014 - 14:55

Xırdalanda Heydər Əliyevin sözləri yazılmış plakat cırıldı

Abşeron rayonu Xırdalan Şəhərində mərhum prezident Heydər Əliyevin sözləri yazılmış plakat cırılıb.
Avropa.info-nun əməkdaşının verdiyi məlumata görə, Xırdalan şəhəri Qafqaz Universitetinin və yenicə açılmış əlillər mərkəzinin yaxınlığından keçən küçədə yeni su boruları çəkilən zaman  mərhum  H. Əliyevin sözləri yazılmış plakat yararsız hala salınıb. Sakinlərin verdiyi məlumata görə, bu plakat küçəyə Əlillər Mərkəzinin açılışı zamanı qoyulubmuş.
Qeyd edək ki, artıq bir müddətdir ki, su boruları çəkiləcəyi deyilən küçə qazıldığından yararsız hala düşüb. 
Sakinlərin dediyinə görə, hazırda su borularını çəkmək üçün heç bir iş getmir. Abşeron rayon icra başçısı Zakir Fərəcovun və onun müavinlərinin bir neçə dəfə küçəyə baş çəkmələrinə baxmayaraq hələ də heç bir əməli fəaliyyət aparılmır. 
Sakinlər bildirirlər ki, yolun bərbad vəziyyətə salınması səbəbindən  keçə keçilməz hala gəlib. Belə ki, küçədə aparılan qazıntı işləri səbəbindən  insanların hərəkət etdiyi küçə palçıqlı vəziyyətə düşüb. Hətta maşınları belə hərəkəti mümkün deyil. 
Onların dedyinə görə, icra başçısı və müavinləri  yararsız hala salınmış plakatı görsələr də, heç bir reaksiya verməyiblər. Sakinlər dəfələrlə icra başçısına müraciət etdiklərini, lakin müraciətlərinin cavabsız qaldığını bildirirlər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4525

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829