Mətbuat Şurasında şəhid jurnalistlər anılıb

22.02.2014 - 16:46

Mətbuat Şurasında şəhid jurnalistlər anılıb

Azərbaycan Mətbuat Şurası Xocalı faciəsinin ildönümü ərəfəsində şəhid jurnalistlərin anımı ilə bağlı mərasim keçirib. Şuranın Ahıl Jurnalistlər Məclisinin (AJM) təşəbbüsü ilə baş tutan tədbirdə MŞ-nin İdarə Heyətinin və AJM-nin üzvləri, veteran qələm sahibləri və ictimaiyyən nümayəndələri iştirak ediblər. 
Toplantını girişi sözü ilə AJM-nin sədri, əməkdar jurnalist Yusif Kərimov açaraq bildirib ki, məclis ömrünü-gününü jurnalist peşəsinə sərf etmiş şəxslərin, həmçinin dünyasını dəyişmiş jurnalistlərin anım tədbirlərinin təşkilini ənənəyə çevirib. “Xocalı faciəsinin ildönümü ərəfəsində şəhid jurnalistlərin xatirəsini anmaq üçün belə bir toplantının təşkilinə qərar verdik. Onların keçdikləri şərəfli ömür yoluna nəzər salmaq mənəvi borc olmaqla yanaşı, gələcək nəsillərimiz üçün də örnəkdir”. 
MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Mətbuat Şurasının Qarabağ mövzusu və Xocalı faciəsini hər zaman diqqət mərkəzində saxladığını vurğulayıb. “Qurum müxtəlif illərdə bu mövzuda jurnalistlər arasında yazı müsabiqələri təşkil edib. Bir neçə gün öncə internet xəbər portallarının Qarabağ mövzusuna diqqətini artırmaq üçün xüsusi layihəyə start verdik. Hesab edirəm ki, məsələni daim diqqət mərkəzində saxlamaq ümumən ictimaiyyətin Qarabağla bağlı səfərbər edilməsinə dəstək nöqteyi-nəzərdən əhəmiyyətlidir. Bu gün şəhid jurnalistlərimizi yada salmaqla, onlarla bağlı xatirələrimizi bölüşməklə mövzunun bizim üçün zəruriliyini bir daha göstəririk”, – deyə o əlavə edib.
Toplantıda çıxış edənlərdən “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, şəhid jurnalist Osman Mirzəyevin həyat yoldaşı, Bakı Dövlət Universitetinin müəllimi Lalə Mirzəyeva, 20 Yanvan və Xocalı faciəsi ilə bağlı xaricdə yayılmış kitabların və məqalələrin müəllifi, əməkdar jurnalist, yazıçı-publisist Vasif Səmədov, MŞ AJM-nin sədr müavini, əməkdar jurnalist, “Səhər” qəzetinin baş redaktoru Məzahir Süleymanzadə, Xocalı videoxronikasının müəllifi, hərbi teleoperator Seyidağa Mövsümov, şəhid jurnalist Fəxrəddin Şahbazovun həyat yoldaşı Nəsibə Şahbazova, Azəri Press Agentliyinin baş direktoru Nurşən Quliyev, Qarabağ müharibəsinin iştirakçısı olmuş jurnalistlər – Rey Kərimoğlu və Kamal Əli şəhid jurnalistlərin ömür yolunun işıqlandırılmasını nəzərdə tutan tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar. 
 
müsavat.com
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4530

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031