Məmur övladlarına qadağa qoyuldu

22.02.2014 - 17:01

Məmur övladlarına qadağa qoyuldu

“Facebook” sosial şəbəkəsi bəzi dövlətlərdə inqilabların yaranmasına səbəb olduğu kimi Azərbaycanda da, deyəsən, məmurların qəniminə çevrilib. Belə ki, bir müddət öncə Bakı Şəhər Prokurorluğunun İstintaqa Nəzarət Şöbəsinin rəisi Ramiz Nəbiyev bu sosial şəbəkənin qurbanına çevrildi
Onun oğlu Elvin Nəbizadə “facebook” səhifəsində bahalı avtomobillərinin şəklini paylaşmış və bu addım cəmiyyətdə qıcıq yaratmışdı. 
Oğlunun bu hərəkəti prokurorun karyerasına son qoydu. Bundan sonra isə millət vəkili, Ziya Məmmədovun qardaşı Elton Məmmədovun və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun oğulları sosial şəbəkədə bahalı maşınlarını, saatlarını reklam etdilər və yenə də anormal durum yarandı və yəqin ki, bu şəxslərə qarşıda ölçü götürüləcək. 
Amma məsələ bununla tamamlanmayıb. Ən yüksək səviyyədə dövlət məmurlarına bununla bağlı xəbərdarlıq edilib. Bu xəbərdarlıqdan sonra əksər məmur övladları sosial şəbəkədən kənarlaşıb. Politika.AZ bildirir ki, “unikal”a daxil olan informasiyada oda bildirilir ki,tanınmışlardan birinin oğlu qız adı ilə özünə saxta profil açıb və bu xidmətdən yararlanır.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4531

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031