Gülər Əhmədovanı ölümlə hədələdilər

23.02.2014 - 10:01

Gülər Əhmədovanı ölümlə hədələdilər

Sabiq deputata “qadın koloniyasından” mesaj göndərilib
Vəkil Əfsər Talıbov: “Müvəkkilimə qadınlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsindən ciddi mesaj göndərilib – “bura gəlsən, özünü ölmüş bil, – məzmunlu”; Gülər xanım sarsılıb…
Sabiq deputat, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Gülər Əhmədovanın həyatına təhlükə var. Bu barədə “Yeni Müsavat”a açıqlamasında sabiq deputatın vəkili Əfsər Talıbov məlumat verdi. Onun sözlərinə görə, dünən müvəkkili ilə görüşmək üçün Bakı İstintaq Təcridxanasında olub və G.Əhmədovanın əhvalının, eləcə də səhhətinin pis olduğunu görüb. Müsahibimiz sabiq deputatdan bunun səbəbini soruşanda məlum olub ki, ona ciddi təhdid mesajları gəlib: 
“Müvəkkilim Gülər Əhmədovaya qadınlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsindən ciddi mesaj göndərilib. Həmin mesajda bildirilir ki, “bu həbsxanaya gəlsən, səni öldürəcəyik, özünü ölmüş bil”. Gülər xanım da bu xəbərdən çox sarsılmışdı. Onsuz da ürək ağrıları var idi, bu mesajdan sonra ürəyindəki ağrılar daha da artıb. Əsəbləri də gərginləşmişdi”.
Müsahibimiz bildirdi ki, qadın məhbusların ona bu mesajı göndərməsinə səbəb G.Əhmədovanın iqtidar mənsubu olmasıdır. Vəkil xatırlatdı ki, 16 il deputat olmuş, iqtidarın təbliğatçılarından biri kimi fəaliyyət göstərən G.Əhmədovanın bu cür hədəf seçilməsi təsadüf deyil: “Gülər xanım iqtidara qulluq edən adam olub. İndi də onu dəstəkləyir. Şəxsi fikrim belədir ki, həmin qadınların çox hissəsi iqtidarı istəməyənlərdir”.
Ə.Talıbov bu mesajın kimlər vasitəsilə G.Əhmədovaya çatdırılması barədə məlumatsız olduğunu dedi. Bu təhlükə haqqında müvafiq orqanlara müraciət edib-etməyəcəyi sualına gəlincə, Ə.Talıbov bunu müvəkkili ilə müzakirə edəcəyini dedi. “Hazırda Gülər Əhmədovanın Bakı İstintaq Təcridxanasından köçürülməsi realdırmı” sualına cavabda isə Ə.Talıbov dedi ki, apelyasiya məhkəməsi yekunlaşıb, qərar da qüvvəyə minən kimi köçürülmə real görünür. Bu barədə isə artıq Qadın Koloniyasına məlumatlı olduqları üçün ona belə bir ciddi mesaj göndəriblər. (musavat.com)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4535

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031