“Razin talkuçkası” sahibkarları etiraza qalxdı və döyüldülər…

23.02.2014 - 10:53

“Razin talkuçkası” sahibkarları etiraza qalxdı və döyüldülər…

Axşam saatlarında Bakıxanov qəsəbəsindəki ticarət obyektlərinin sahibləri ilə Sabunçu rayon İcra Hakimiyyəti nümayəndələri arasında qarşıdurma baş verib.
 
“Razin talkuçkası” adı ilə tanınan bazarın qanunsuz şəkildə sökülməsi eyni zamanda obyekt sahiblərinə son 2 ayda edilən təzyiqlərlə bağlı işçilər etiraz aksiyası keçiriblər.
Sabunçu rayon İcra Hakimiyyəti qarşısında keçirilən aksiya zamanı etirazçılar polis əməkdaşları tərəfindən döyülüb.
Yaralılardan Niyazi Rzaquliyev ayaq və bel nahiyələrindən ağır zərbələr alıb. Ayağı ağır zədə almış N.Rzaquliyev bazardan çıxarılmalarına etirazlarını bildirərkən polis işçiləri tərəfindən döyüldüyünü dedi.
Təcili Tibbi Yardımın işçiləri yararlılara yardım göstəriblər və onların durumu ilə bağlı nəticəni müayinədən sonra deyə biləcəklərini söylədilər. Zərərçəkmiş bazar işçilərindən Elmira Kosayeva da ayağından zədə aldığından həmkarlarının yardımı ilə həkim müayinəsinə aparıldı. 
Hadisənin təfərrüatları barədə söz açan bazar işçilərinin dediklərinə görə, Hacı Fərhad Mirzəyevə aid olan bazarın birinci cərgəsi Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən alınmaq istənilir. Onların sözlərinə görə, son 2 aydır ki, insanlar təhdid edilərək, yer pullarının İcra Hakimiyyətinə ödənilməsi tələb olunur.
Bazar işçilərindən birinin dediyinə görə, aksiya zamanı İcra Hakimiyyətindən bildirilib ki, “Bazar yansa, cavabdeh kim olacaq?”
Nəzərinizə çatdıraq ki, insident zamanı təxminən 5-6 nəfər bazar işçisi polis tərəfindən döyülüb. Polis tərəfindən döyülən xanımlardan biri Gülnaz Kərimova da bu haqsızlığa qarşı susmayacaqlarını bildirdi.
 
Hazırda insanlar durumla bağlı aidiyyatı orqanların tədbir görməsini istəyirlər. Bundan başqa, bazar işçilərinin bir qismi bazarın yandırılacağından ehtiyatlanaraq, öz mallarını ərazidən çıxartmağa başlamışdı.
(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=4537

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930