Murdar və köhnə ət məhsulları hansı ünvana göndərilir?

23.02.2014 - 11:10

Murdar və köhnə ət məhsulları hansı ünvana göndərilir?

Dövlət qurumları yararsız əti Bakıya daşıyan şəbəkə ilə bacara bilmir
 
Xəbər verildiyi kimi, bugünlərdə Bərdə rayonunda yararsız halda və mənşəyi məlum olmayan tonlarla ət tapılıb. Bu, Dövlət Baytarlıq Xidmətinin əməkdaşlarının keçirdiyi reyd zamanı Bərdə sakini Seyfəddin Novruzovun həyətində aşkarlanıb.
Bu qurumun mətbuat xidmətinin rəisi Yolçu Xanvəli bildirib ki, Seyfəddin Novruzovun həyətində müəyyən olunan saxlanc yerində, hətta iki il əvvəl kəsilmiş heyvanın əti də tapılıb: “Tapılan ətin xeyli hissəsinin mənşəyi məlum deyil. Hazırda əməkdaşlarımız buradakı ətin miqdarını və mənşəyini müəyyən etməyə çalışırlar”.
Görəsən, köhnə ətin son ünvanı hara olur? Bu məhsul tam şəkildə məhv edilir, yoxsa təkrar emal üçün gizli sexlərə göndərilir?
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, həmin ət məhsulunun son ünvanı məlum deyil. Amma murdar ətləri Bakıya daşıyan şəbəkənin telefon və ünvanı onda var:
“Mən bu barədə dövlət orqanlarına dəfələrlə rəsmi məlumatlar vermişəm. Lakin belə şəbəkələri ifşa etmək mümkün olmayıb. Onlar öz fəaliyyətlərini davam etdiriblər. Bərdədə evində ət tapılan adam əslində, məsuliyyət daşımır, çünki əti daşımır, həyətində saxlayır. Lakin murdar əti paytaxta daşıyan şəbəkə bu gün də fəaliyyətdədir ki, onları aşkar etmirlər. Belə ət məhsulunun harada satışa çıxarılması bizə məlumdur. Polis deyir ki, yalnız sizin təhlükəsizliyinizi təmin edə bilərik. “Qosstandart” həmin ünvana girə bilməyəcəyini söyləyir. Eləcə də digər dövlət orqanlarının bu biabırçılığı ifşa etmək üçün koordinasiya olunmuş fəaliyyətinə nail ola bilmirik”.
Azad Istehlakçılar Birliyinin sədri əlavə edir ki, bu problemi ötən həftə Avropa Ittifaqının ərzaq təhlükəsizliyi proqramı üzrə rəhbərliyilə də müzakirə edib. Nəticədə problemlə bağlı məsələyə fevralın sonunda baş tutacaq geniş tədbirdə yenidən qayıdılacaq. (azadliq.info)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4539

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031