İcra başçısından “Razin talkuçka”sı ilə bağlı açıqlama

23.02.2014 - 12:09

İcra başçısından “Razin talkuçka”sı ilə bağlı açıqlama

Dünən “Razin talkuçka”sının sökülməsi ilə bağlı yaranmış gərginliyə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev münasibət bildirib. 
İcra başçısı “Qafqazinfo” açıqalmasında problemin elə yerindəcə həll edildiyini diqqətə çatdırb. Adil Vəliyev bildirbi ki, yaranmış vəziyyət, yəni bazarın yol hissəsinin sökülməsi ilə bağlı verilən qərar səliqə-səhmanın, nizam-intizamın yaradılması məqsədi ilə həyata keçirilib. Dünən İcra Hakimiyyətinin qarşısına yığışan satıcılara da deyilib və satıcılar qrumun bu mövqeyini razılıqla qarşılayıblar. Bazarın rəhbərliyi tələb olunan şərtlərin tezliklə həyata keçiriləcəyini bildirib: “Məqsəd sadəcə olaraq həmin bazarın qarşısındakı küçədə tıxacın aradan qaldırılmasını və ticarət mərkəzinin təhlükəsizlik sistemi ilə təmin edilməsini təşkil etməkdir. Bundan başqa bazarda müasir tələblərə cavab verən şəraitin yaradılmasın həyata keçirtmək olub. Yol tərəfdən sökülən ticarət obyektlərinin yerinə bazarın arxa tərəfində bir neçə mərtəbəli müasir standartlara cavab verən obyekt tikiləcək. İndiki satıcılar orada yerləşdiriləcəklər. Məsələni bazar əməktaşlarının diqqətinə çatdırıb izah etdikdən sonra onlar yüksək razılığını bildirərək geri qayıtdılar və ölkədə dövlət başçısının həyata keçirdiyi böyük quruculuq  işlərinə dəstək olduqlarını qeyd etdilər”. 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4544

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930