Kompüterlərə müdaxilə hansı məsuliyyəti nəzərdə tutur?

23.02.2014 - 12:39

Kompüterlərə müdaxilə hansı məsuliyyəti nəzərdə tutur?

Ələsgər Məmmədli: “Məhkəmə qərarı olmadan heç kimin telefon danışığı dinlənilməməli, yazışmaları izlənilməməlidir”

 

Məlum olduğu kimi, Azərbaycanda məxfi casus proqramının işləndiyi üzə çıxıb. WND.com saytının yazdığına görə, dörd kiber-xəfiyyə Azərbaycan da daxil olmaqla 21 ölkədə super-məxfi casus proqramının işlədiyini üzə çıxarıb. 

Bu proqram hüquq-mühafizə orqanlarına hədəfin kompüterində olan bütün məlumatları köçürməyə və nəzarətdə saxlamağa imkan verir. 

Azərbaycanda şəxsi məlumatlara müdaxilə hallarına dəfələrlə rast gəlinib. Hətta Avropa Komissiyasının vitse-prezidentinin Bakıya səfəri zamanı onun və köməkçisinin kompüterinə müdaxilə olunmuşdu. 

Qanunda bu məsələ necə tənzimlənir və şəxsi məlumatlara müdaxilə hansı halda mümkündür?

Media üzrə ekspert, hüquqşunas Ələsgər Məmmədli bu məsələdə iki aspektin önəmli olduğunu deyir. Birincisi, bu proqramı rəsmi dövlət qurumları istifadə edir, yoxsa yox. Ikincisi, bu hansısa qrupun əlindədir. Çünki Telekommunikasiya haqqında qanuna görə, telekommunikasiya prosesinə əslində dövlət nəzarət edir. Azərbaycan qanunvericiliyinə görə, dövlət istər mobil operatorların, istərsə də provayderlərin strukturuna hansısa əlavə cihazlar yerləşdirə bilir. Ancaq səbəb olmadan şəbəkəyə hər hansı proqramın yerləşdirilməsi və insanların özəl məlumatlarının əldə edilməsi əslində normal hal deyil. 

Ekspertin sözlərinə görə, hüquq ilk növbədə tələb edir ki, hər bir vətəndaşın şəxsi materialları, o cümlədən kommersiya qurumlarının kommersiya sirləri gizli olmalıdır və bunlara qanunsuz müdaxilə olmamalıdır. Bu isə o deməkdir ki, məhkəmə qərarı olmadan heç kimin telefon danışığı dinlənilməməli, yazışmaları izlənilməməlidir. Yaxud kommersiya qurumunun informasiyaları bu və ya digər formada nəzarət altına alınmamalıdır. Azərbaycanda isə bu proseslər məhkəmə qərarı olmadan baş verir. Çünki Telekommunikasiya haqqında qanun buna imkan verir: “Qanunvericilik bələ proqramların Azərbaycana gətirilməsinə və yerləşdirməsinə imkan yaradır. Ancaq bu hər kəs, hətta bu prosesi idarə edənlər üçün təhdiddir. Əgər hüquqi nəzarət yoxdursa, bu proqram hər kəsin əleyhinə istifadə oluna bilər. Hansı ölkədə hökumətlər öz xalqına daha az inanırsa, orda belə mexanizmlərdən daha çox istifadə olunur. Hakimiyyətdə uzun müddət qalmalarını təmin etmək üçün insanları dinləyir, təqib edirlər”.

 

azadlıq.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4545

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031