Morninqstarın bəyanatı İlham Əliyevə mesajdır
Morninqstarın bəyanatı İlham Əliyevə mesajdır
Artıq ABŞ hakimiyyətin şantaj siyasətinə yumşaq cavab vermək niyyətində deyil
Xəbər verildiyi kimi “casus qalmaqalı” ilə bağlı ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar sərt bəyanatla çıxış edib. O, bildirib ki, deyilənlər gülünc və absurddur. Səfir həmçinin əlavə edib ki, bununla ABŞ-la Azərbaycanın münasibətlərinə zərbə vurmaq istəyirlər: “Bu cür açıq-aşkar saxta iddiaları yayanlar, sadəcə, Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərə zərbə vurmaq istəyirlər. Buna imkan verməməliyik”.
Ekspertlərə görə, Morninqstarın bu bəyanatı birbaşa ölkə başçısı Ilham Əliyevə mesajdır: “Azərbaycan hakimiyyəti artıq neçənci dəfədir, ABŞ-a qarşı bu cür şantaj xarakterli addımlar atır. Lakin hər dəfə ABŞ məsələyə təmkinli yanaşıb. Amma görünən odur ki, artıq Vaşinqton Azərbaycan hakimiyyətinin şantajlarına yumşaq formada cavab vermək niyyətində deyil. Bəyanatda xüsusilə “bu iddiaları yayanlar Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərə zərbə vurmaq istəyirlər” fikrinə diqqət etmək gərəkdir. Bu o deməkdir ki, bu məsələ ABŞ-Azərbaycan münasibətlərinə zərbə ola bilər. Bunun məsuliyyəti isə təbii olaraq Azərbaycan hakimiyyətinin üzərində qalacaq.
Səfir bu fikirlərilə birbaşa Ilham Əliyevə mesaj ünvanlayır. Diplomatın fikirləri o anlama gəlir ki, baş verənlərin arxasında bilavasitə Ilham Əliyev dayanır və o ABŞ-Azərbaycan münasibətləri barədə düşünməlidir. Yox əgər bunu hakimiyyət daxilində hansısa qüvvələr edirsə, o zaman Ilham Əliyev baş verənlərin qarşısını almalıdır. Əks təqdirdə ABŞ heç bir güzəşt tanımayacaq”.
azadlıq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=4547