Gülər Əhmədova hədələndi: “Özünü ölmüş bil”

23.02.2014 - 14:14

Gülər Əhmədova hədələndi: “Özünü ölmüş bil”

Həbsxanada olan sabiq deputat Gülər Əhmədovaya qorxu və təhdid dolu mesajlar göndərilib. Bunu ANS PRESS-ə açıqlamasında Milli Məclisin sabiq üzvü G.Əhmədovanın vəkili Əfsər Talıbov söyləyib. 



O, bildirib ki, ötən gün müvəkkili Gülər Əhmədova ilə görüşüb. Bu zaman Gülər Əhmədova ona hədə-qorxu dolu mesaj aldığını söyləyib. Onun sözlərinə görə G. Əhmədova bu mesajı qadınlar üçün nəzərdə tutulan cəzaçəkmə müəssisəsindən alıb. Mesajda isə G. Əhmədovanın hədələndiyi əks olunub: “Bu həbsxanaya gəlsən səni öldürəcəyik, sən özünü ölmüş bil”.



Əfsər Talıbov Gülər Əhmədovanın “qadın koloniyasından” olan məktubu aldıqdan sonra səhhətinin daha da pisləşdiyini də sözlərinə əlavə edib.

Xatırladaq ki, fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Ötən il fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. 



Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.  (azadlıq.info)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4550

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031