BMT Suriyaya humanitar yardım edəcək

23.02.2014 - 17:18

BMT Suriyaya humanitar yardım edəcək

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik şurasının iclasında Suriyaya humanitar yardım edilməsi ilə bağlı qərar qəbul olunub. Şura nümayəndələri ilk dəfə olaraq bu ölkəyə dair hər hansı bir məsələdə həmrəylik göstəriblər. Səsvermə nəticəsində qəbul olunan qərara əsasən, Suriyada döyüşlərdən əziyyət çəkən insanların ərzaq, tibbi və sanitar vasitələrlə təmin edilməsi nəzərdə tutulur. 


İclasda çıxış edən təşkilatın baş katibi Ban ki mun humanitar yardımın lazımı məntəqələrə çatdırılmasına mane ola biləcək problemlərin aradan qaldırılması üçün Suriya prezidenti Bəşər Əsədə müraciət edib. İclasda çıxışı edən Suriyanın BMT -dəki səfiri Bəşər Cəfəri Suriyaya humanitar yardımın effektiv şəkildə icra olunacağına inanmadığını bildirib. 
Onun sözlərinə görə, hazırda ölkə ərazisində terrozimə qarşı aparılan mübarizə Suriyanın birinci dərəcəli humanitar problemidir və dünya ictimaiyyəti daha çox bu problemin həllinə çalışmalıdır. Qırıcıların havadan yağdırdığı barel bombaları humanitar yardımın çatdırılmasında çətinlik törədir.
 
müsavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=4559

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930