Ukraynadan sonra növbə Azərbaycanındır?
Ukraynadan sonra növbə Azərbaycanındır?
BBC-nin Ukraynadakı hadisələrlə bağlı Maydandan hazırladığı reportaj Azərbaycanda bir sıra mülahizələrə yol açıb. Məlumat üçün deyək ki, BBC fevralın 22-də Bakı vaxtı ilə 01.14-də Maydandan 10 dəqiqəlik reportaj yayımlayıb.
Maraqlıdır ki, reportaj boyu Maydanda dalğalanan Azərbaycan bayrağı nümayiş etdirilib. Bu isə ekpertlər tərəfindən və sosial şəbəkələrdə Ukraynadan sonra oxşar proseslərin Azərbaycanda baş verə biləcəyinə işarə kimi qiymətləndirilib.
Ekspertlər hesab edir ki, BBC kimi telekanalın reportaj boyu Azərbaycan bayrağını nümayiş etdirməsi təsadüfi deyil. “Avrointeqrasiya məsələsində Azərbaycanla Ukraynanın mövqeyi təxminən eyni idi. Hər iki ölkə assosiativ sazişi imzalamaqda həvəsli görünmürdü. Ukraynada məhz bu məsələ qığılcım rolunu oynadı və Yanukoviç devrildi. Bu baxımdan düşünmək olar ki, növbə Azərbaycandadır. BBC kimi məşhur telekanalın da Maydandan reportajda Azərbaycan bayrağını xüsusi olaraq nümayiş etdirməsi bunun mesajı ola bilər”, deyə ekspertlər bildirir. (azadlıq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=4562