Rəsmi Bakı Suriyada döyüşənləri müzdlu hesab edir

24.02.2014 - 11:43

Rəsmi Bakı Suriyada döyüşənləri müzdlu hesab edir

“Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi Suriyadakı münaqişənin sülh yolu ilə həll edilməsində maraqlı olduğunu və bu prosesə dəstək verməyə hazır olduğunu bəyan edib”. APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
 
A. Əzimov bildirib ki, Suriyadakı döyüşlərdə ayrı-ayrı Azərbaycan vətəndaşlarının iştirakı ölkəyə və Azərbaycanın Suriya ilə münasibətlərinə kölgə sala bilməz: “Bu şəxslər qeyri-qanuni yolla Suriyaya gedib orada hansısa fəaliyyətlə məşğul olurlar. Kimsə həlak olursa, əlbəttə ki, bu, xoşagələn hal deyil. Bunun arxasında həm insanın şəxsi düşüncəsi, həm də konkret maddi maraq dayana bilər. Bildiyiniz kimi, bu cür insanlara adətən muzd verirlər. Buna geniş miqyaslı proses kimi baxılmamalıdır. Lakin əlbəttə ki, kədərləndirici bir haldır”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4564

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031