İslam Partiyası Astara rəhbərliyini təxribatçılıqda ittiham etdi

24.02.2014 - 15:47

İslam Partiyası Astara rəhbərliyini təxribatçılıqda ittiham etdi

Azərbaycan İslam partiyası (AİP) Astara rayonunda baş verən hadisə və həbslərlə bağlı bəyanat yayıb.
Virtualaz.org “Turan”-a istinadən bildirir ki, bəyanatın yayılmasına səbəb bir həftə öncə sosial şəbəkədə Astara sakinlərinə yönəlik təhqiredici məlumatın yer alması, rayonun Ərçivan qəsəbə sakinlərinin rayon rəhbərliyinə bu təxribatçının tapılması tələbini cavabsız qoymasıdır.
Rayon rəhbərliyi nəinki təxribatçını tapmayıb, əksinə hər hansı addım atmayıb, nəticədə bazar yandırılıb, bundan sonra həbslər aparılıb və AİP Astara rayon komitəsinin sədri də həbs edilib. 
Bəyanatda Astara rayon rəhbərliyi əhalinin etimadını qazanmamaqda və buna görə əhaliyə qarşı inzibati-amirlik tədbirlərinə əl atmaqda ittiham edilir. Müəlliflər partiyanın rayon komitəsinin sədrinin həbsini əsassız sayırlar. 
Xatırladaq ki, bir qrup insan 5 gündən artıqdır ki, saxlansa da hüquq-mühafizə orqanları onlar barədə məlumat vermir, bu isə sakinlərin narahatlıq və narazılığına səbəb olur.
AİP yaydığı bəyanatda yerli icra hakimiyyətlərini yerlərdə əhalinin sosial  həyat şəraitini yaxşılaşdırmamaqda, insanları işlə təmin etməməkdə, onları narahat edən problemləri aradan qaldırmamaqda ittiham edir. 
Sənəddə yerli hakimiyyət orqanları diqqəti vəzifələrini yerinə yetirməmələrindən yayındırmaq üçün  təxribatçılara qoşularaq əhalini qorxu və xof altında saxlamağa çalışmaqda da suçlanırlar.
Son olaraq müəlliflər problemin aradan qaldırılması, həbs olunan şəxslərin azad olunmalrı üçün  dövlət  rəhbərliyinin müdaxiləsini vacib və  məqbul sayırlar. (virtualaz.org)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4572

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031