Milli Şura hakimiyyətdən “Sovetski” sakinlərinin haqqın tələb etdi

24.02.2014 - 16:46

“Sovetski” məhəlləsinin söküntüsü ilə bağlı sakinlərə
layiqli kompensasiya ödənilməlidir

Köhnə “Sovetski” məhəlləsinin söküntüsü ilə bağlı sakinlərin
hüquqlarının müdafiəsi və onlara  layiqli
kompensasiyaların ödənilməsi ilə bağlı Demokratik Qüvvələrin Milli Şurası
xüsusi bəyanatla çıxış edib. Bəyanatda deyilir; “Azərbycan hakimiyyətinin
mülkiyyət toxunulmazlığına qarşı yönəlmiş zoraklıq aktları yenidən Bakı şəhərinin
sakinlərini həyəcana gətirib. “Sovetski” adı ilə tanınan şəhərin qədim yaşayış məhəlləsinin sakinləri narahat günlərini yaşayır.
Paytaxtın 80 mindən çox əhalisi öz yaşayış yerini, evini və digər mülkiyyət
vasitələrini itirmək təhlükəsi ilə üz-üzə qalıb. 2011-2013-cü illərdə olduğu
kimi vətəndaşların öz evlərindən və mənzillərdindən zorla çıxarılması kimi halları
təkrarlana bilər.

Biz Milli Şura olaraq Bakı şəhərinin
abadlaşdırılmasının əleyhinə deyilik, lakin bütün yenidənqurma və abadlıq işləri,
memarlıq və şəhərsalma siyasəti qanunlara və vətəndaşların hüquqlarına hörmət şəraitində  həyata keçirilməlidir. Əgər paytaxtın hansısa
yaşayış massivi dövlətin ehtiyacları üçün boşaldılırsa, burada yaşayan sakinlərə
layiqli kompensasiya ödənilməli və mülküyyət haqqında qanunun tələbləri, Azərbaycan
konstitusiyasının müvafiq maddəsinin tələblərinə əməl edilməlidir. Hazırda
“Sovetski” sakinlərinə öz şəxsi mülkləri müqabilində yaşayış sahəsinin hər
kvadrat metrinə təklif edilən 1500 manat həcmində olan kompensasiya əlbəttə onların
mülkiyyətinin dəyərini əks etdirmir. Burada yaşayan ailələrin çoxu vərəsəlik
hüququ əsasında bu evləri və mənzilləri, habelə qeyd edlən tikililərin altında
olan torpaq sahələrini mülkiyyət kimi özlərindən əvvəlki nəsillərdən alıblar.
Bu mülk sahibləri hətta sovet dövründə də mülkiyyətində olan tiklilərin
altındakı torpaq sahələri üçün vergi ödəyiblər. İndi onlara yalnız yaşayış sahəsi
üçün kompensasiya ödənilir. Halbuki, paytaxtın qeyd edilən ərazisində çox baha
qiymətə olan torpaq sahələri dəyəri ödənilmədən vətəndaşların əlindən alınır və
əslində dövlət ehtiyacları adı altında müsadirə edilir.  Biz öz hüquqları və mülkiyyəti uğrunda
mübarizəyə qalxmış “Sovetski” sakinlərinin tələblərini dəstəkləyir, hakimiyyət
orqanlarını vətəndaşlara layiqli kompensasiya ödəməyə çağırırıq.

Bir qayda olaraq mülkiyyət azadlığı, əmlak
toxunulmazlığı olmayan yerdə siyasi azadlıqlar  və digər hüquqlar da deklarativ xarakter
daşıyır. Hüquq mühafizə orqanlarının vəzifəsi xalqın canını və malını
qorumaqdan ibarətdir. Lakin biz ötən illərdə bənzər hadisələr zamanı polis
orqanlarının əhalini zorla öz evlərindən və mənzillərindən çıxarmalarının
şahidi olduq. Ona görə biz Daxili İşlər Nazirliyinin rəhbərliyinə, polis
orqanlarına müraciət edirik: vətəndaşlara qarşı zor tətbiq etməkdən çəkinin,
paytaxt sakinlərinin mülkiyyətinin əlindən alınması prosesinin iştirakçısı
olmayın, ölkə konstitusiyasına və “Polis haqqında qanun”un müvafiq maddələrinə əməl
edin”. 


 

 

 

 


 

Short URL: http://www.cumhuriyyet.net/?p=4574

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031