Tələbələr Abel Məhərrəmova ultimatum verdi

24.02.2014 - 17:49

Tələbələr Abel Məhərrəmova ultimatum verdi

Bakı Dövlət Universitetinin (BDU) tələbələri bu gün yenidən aksiya keçirib. Tələbələrin etirazı həm kəsirə görə pul verməyə, həm də ötən aksiyada zorakılığa qarşı olub. Tələbələr aksiyada hazırladıqları bəyanatı oxuyublar. Bəyanatda deyilir: “Son günlər Azərbaycan Respublikası Hazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” ilə bağlı qəbul olunmuş qərarı və bunun əsasında Təhsil Hazirliyinin 21 yanvar 2013-cü il tarixində imzalanmış müvafiq əmrinə (Yuxarıda göstərilən qərara əsasən universitetlər və digər təhsil müəssisələrində akademik borcu olan tələbələr semestr ərzində 30 kreditdən əlavə kredit götürərlərsə, bu kreditlər üçün müəyyən vəsait (bir kredit üçün orta hesabla 25 manatdan 34 manata kimi) ödəməlidir) əsasən qüvvəyə minmiş yeni qaydalar bizi – Bakı Dövlət Universitetinin tələbələrini cidd şəkildə narahat edir. Bu dəyişiklik bizi – Bakı Dövlət Universitetinin tələbələrini ciddi şəkildə narahat edir. Bu dəyişiklik onsuz da maddi durumu o qədər də ürəkaçan olmayan tələbələrin vəziyyətinin daha da çətinləşməsinə və ailələrinin sosial durumunun bir qədər də ağırlaşmasına səbəb olacaq.

Bundan başqa, bir neçə gün əvvəl sözügedən dəyişikliklərə etiraz edən tələbə yoldaşlarımızın müxtəlif təzyiqlərə məruz qalması, hətta Tələbə Həmkarlar İttifaqı rəhbərliyinin yoldaşlarımıza qarşı fiziki güc tətbiq etməsi bizi son dərəcə hiddətləndirir. Tələbə Həmkarlar İttifaqının – bizim hüquqlarımızı qorumalı olan bu qurumun tələbələrin ən çox ehtiyacı olan bir zamanda nəinki onların yanında olmaması, hətta əksinə, özünü quldur dəstəsi kimi aparması bizdə bu quruma qarşı sonsuz hiddət yaratmış və onun tam yararsız olduğu qənaətinə gəlməyimizə səbəb olmuşdur.

Biz bütü bunları nəzərə alaraq tələb edirik:

1. Hazirlər Kabinetinin yuxarıda qeyd edilmiş qərarına yenidən baxılsın və əlavə kreditlərə görə pul ödənilməsi barədə bənd ləğv edilsin!

2. Bundan əvvəlki etirazlar zamanı tələbələrə qarşı güc tətbiq etmiş Tələbə Həmkarlar İttifaqının nümayəndələri və Universitet mühafizəçiləri cəzalandırılsın!

3. Hadisələrin gedişində tələbə hüquqlarının müdafiəsi sahəsində heç bir işə yaramadağı anlaşılan Tələbə Həmkarlar İttifaqı buraxılsın və onun tərkibinin yenidən seçilməsi üçün Universitet miqyasında yeni və tam şəffaf seçkilər keçirilsin!

4. Bu hadisələrdə iştirakına və ümumiyyətlə ictimai fəaliyyətinə görə tələbələrə və onların valideynlərinə hər cür təzyiq göstərilməsinə son qoyulsun!

Tələblərimizin təxirə salınmadan yerinə yetiriləcəyinə ümid edir və məqsədlərimizə nali olana qədər mübarizəmizi davam etdirəcəyimizi bəyan edirik”

(azadliq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=4576

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031