Deputatlar bizneslərini ölkədən niyə çıxarır?

25.02.2014 - 10:07

Deputatlar bizneslərini ölkədən niyə çıxarır?

Artıq bir neçə millət vəkili işlərini xaricdə qurublar
Azərbaycan parlamentində təmsil olunan deputatların qanunun qadağan etməsinə baxmayaraq, bizneslə məşğul olmaları sirr deyil. Böyük əksəriyyətinin bu və ya digər şəkildə biznesləri olan bu deputatların bəziləri isə artıq ölkə hüdudlarından kənara çıxmağa başlayıblar. 
Politika.az-ın əldə etdiyi məlumata görə, son 3 ay ərzində parlamentdə təmsil olunan mandat sahiblərindən 4-ü artıq bizneslərini yaxın ölkələrə daşıyıblar. Məlumatda deyilir ki, Azərbaycanda orta səviyyədə olan həmin bizneslərini böyütmək üçün xaricə daşıyan millət vəkilləri orada uğur qazana biləcəklərinə əmin olduqlarından belə bir addım atıblar. 
Bunun həm də Azərbaycanın artıq risqli bölgəyə çevrilməsi ilə də izah edənlər var. Bəzi müşahidəçilərin Politika.az-a verdiyi məlumatlarda vurğulanır ki, qonşu ölkələrdə hadisələrin gedişatı mahiyyət etibarı ilə Azərbaycan üçün də risq formalaşdırmağa başlayıb. Eyni proseslərin Bakıda da cərəyan edə biləcəyini düşünən deputatlar isə bir qədər ayıq hərəkət edərək, daha münbit ölkələrə üz tutmağa çalışırlar. 
Həmin deputatların kimliyi barəsində məlumatımız olsa da, bir qədər dəqiqləşdirmələrə ehtiyac yaranıb. Həmin dəqiqləşmələr başa çatdıqdan sonra isə geniş açıqlama veriləcək.
(politika.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4578

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031