Saakaşvili Putinin Krımla bağlı şok planlarını açıqladı

25.02.2014 - 10:53

Saakaşvili Putinin Krımla bağlı şok planlarını açıqladı

Eks-prezident Putinin Rusiya ərazilərini genişləndirmək niyyətinin detallarından danışıb
Mixail Saakaşvili Vladimir Putinin Krımla bağlı gizlin plnaları haqqında şok açıqlamalar verib. 
Avropa. info xarici KİV-ə istinadən xəbər verir ki, Mixail Saakaşvili Ukraynanın yeni hakimiyyətini Krıma diqqət ayırmağı tövsiyə edərək bildirib ki, Rusiya prezidentinin bu regionla bağlı bəzi ciddi planları var və ona hazır olmaq lazımdır: “Pis hal odur ki, Putinin Ukraynanı parçalamaqla bağlı hansısa niyyəti var. Yaxşı tərəfi isə odur ki, Putinin planlarının olduğu bəllidir və buna qarşı hansı addımları atmaq və nə etmək lazımdır. Çünki Putin bu planlarını Gürcüstanda Abxaziya və Cənubi Osetiya təcrübədən keçirib”.
Saakaşvili əlavə edib ki, Putin yeri gələndə pasport verir, təxribat yaradır, istədyi məqamda öz dəniz donanmasından istifadə edib Krimla Ukrayna arasındakı quru sərhədini kəsə bilər. Onun firkincə, Rusiya Krimla Ukrayna arasındakı əlaqəni kəsməklə yeni bir dəhliz yaratmaq istəyir ki, bu minvalla da Abxaziya, Krasnodar, Krım, Odessa, Nikolayev vasitəsi ilə Pridnestroveyə ilə Rusiya arasında birbaşa birbaşa dəhliz yaratmaq niyyətini güdür: “Bu onun planıdır və həyata keçirmək üçün çalışacaq. Onlar hesab edirlər ki, possovet ölkələrini saxlaya bilmədik, Ukraynanı itirdik. Amma əvəzində Rusiyanın ərazilərini genişləndirdik. Ona görə də hamılıqla Putinin Krım planın qarşısını lamalıyıq ki, bu plan işə düşməsin”.(avropa.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=4583

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031