Əlikrəm Hümbətov Brüsseldə də Azərbaycana qara yaxdı

25.02.2014 - 12:09

Əlikrəm Hümbətov Brüsseldə də Azərbaycana qara yaxdı

Əlikrəm Hümbətov Brüsseldə Avropa Şurasının təşəbbüsü ilə keçirilən konfransda iştirak edib.
Yerli medianın yazdığına görə, bu informasiyanı İran mətbuatı yayıb. O, çıxışı zamanı guya Azərbaycanın talış mədəniyyəti və xalqını məhv etməyə istiqamətlənən siyasət apardığını bildirib: “Azərbaycanda talış sözünün özü həbs altındadır. Hökumət yönümlü qəzetlər isə “Talışıstan” demək əvəzinə “Cənub regionu” sözlərini işlədir. Talışların öz tarixi mədəni incəliklərini qorumaqdan ötrü atdıqları hər bir addım separatizm kimi qiymətləndirilir”.
Qeyd edək ki, bir müddət əvvəl İran mətbuatı Avropa Şurasının təşəbbüsü ilə keçiriləcək “Sülh və Cənubi Qafqazda birgəyaşam” adlı konfransa Ələkrəm Hümbətovun da dəvət olunduğunu yazmışdı. Sonradan məlum oldu ki, bu dəvət  Avropa Şurası baş katibinin məktubuna əsasən reallaşıb.
Onu da xatırladaq ki, Ələkrəm Hümbətov 90-cı illərin əvvəllərində Azərbaycanın cənub bölgəsində “Talış Muğan Respublikası” yaratmağa cəhd etmişdi. Daha sonra onun bu təşəbbüsünün qarşısını yerli əhali və dövlət orqanları almış və o, həbs edilmişdi. Həbsdən azad olunaraq ölkədən deportasiya olunan Ə.Hümbətov 2013-cü ildə Ermənistan və Dağlıq Qarabağa səfər etmiş, burada “Talış Muğan Respublikası”nın rəhbər kimi təqdim olunmuşdu. (virtualaz.org)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4588

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930