Zeynəb Xanlarovadan xəbərdarlıq: “Mən qorxuram ki, camaat ayağa qalxar”

25.02.2014 - 14:20

Zeynəb Xanlarovadan xəbərdarlıq: “Mən qorxuram ki, camaat ayağa qalxar”

Milli Məclisin iclasında söz alan xalq artisti Zeynəb Xanlarova sensasion məzmunlu çıxış edib. 
Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, Zeynəb Xanlarova xəbərdarlıq edib: “Mənim bağım Nardarandadır, ora gedirəm. Camaat çox narahatdır. Biz yenə camaatı qaldırmayaq. Binə yolu ilə gələndə görürəm ki, orda evlər tikilir. Mən dünyanı gəzirəm, Amerikanın Ağ Evini görürük, hasarı yox, zadı yox… Camaat ağlayır ki, hər şeyi bizim əlıimizdən alıblar. Bilmirəm kimindir, İsgəndərindir, Cahangirindir. Dənizi xalqın əlindən almaq olmaz. Dənizi bütün hasara alıblar. Allahın xalqa bəxş etdiyi dənizdir. Onu istəyirlər ki, xalq qalxsın ayağa, külünglərlə hasarları dağıtsınlar? Bilmirəm kimin villasıdır. Mən qorxuram ki, camaat ayağa qalxar. Nardaran camaatı sən öləsənə, mən öləsənə baxmır e… Mən istəmirəm ki, belə olsun. Əvvəldən deyirəm, sabah bir şey olsa… Qoy Nardaran camaatı da eşitsin. Mən sözümü dedim”. (musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=4594

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031