Sumqayıt hadisələri : gizli həqiqətlər

25.02.2014 - 14:54

Sumqayıt hadisələri : gizli həqiqətlər

Sumqayıt hadisələrindən 26 il keçir, amma onun qaranlıq, gizli məqamları hələ də qalır

Faktlar harada gizlədilir? Həqiqətlər nə zaman üzə çıxacaq? Tarixçi, professor Musa Qasımlı Sumqayıt hadisələrinin mahiyyəti, açılmayan məqamlar barədə Bakuposta.az-a danışdı:

– Hadisədən 26 il ötsə də, faciənin əsl mahiyyəti barədə bu gün də təzadlı fikirlər səslənir. Siz nə deyərdiniz?

– Ermənistan Azərbaycana qarşı ərazi iddiasına başladığı gündən orada yaşayan azərbaycanlılar tarixi dədə-baba torpaqlarından kütləvi surətdə qovulurdu. Ağdam-Əsgəran yolunda 1988-ci il fevralın 22-də iki azərbaycanlı gəncin – Əli Hacıyev və Bəxtiyar Quliyevin öldürülməsi də azərbaycanlılara ağır təsir etmişdi. Onlar münaqişənin ilk qurbanları idi.

Amma ermənilər Azərbaycanın hər yerində, o cümlədən Sumqayıtda rahat şəkildə yaşayır və işləyirdilər. Sumqayıtın iğtişaş yeri kimi seçilməsi isə ciddi düşünülmüşdü. Bir çox erməni məhkum müxtəlif bəhanələrlə azadlığa buraxılmış və məqsədli şəkildə şəhərdə məskunlaşmışdılar. Hadisə ilə bağlı Sov.İKP MK Siyasi Bürosunun 1988-ci il fevralın 28-də keçirilən iclasındakı müzakirədə SSRİ daxili işlər naziri Aleksandr Vlasovun dedikləri də bunu sübut edirdi. O, çıxışında Sumqayıt hadisələrində cinayətkar elementlərin iştirakının fakt olduğunu bildirmişdi.

– Bəs nə üçün o vaxt dünyanın əsas güc mərkəzlərindən biri olan SSRİ hökuməti hadisələrin qarşısını almadı?

kv1
Sumqayıtda Eduard Qriqoryanın dəstəsinin öldürdüyü ermənilər təşkilata pul ödəməyənlər idi

kv1
– Hadisələrin sonrakı gedişi göstərdi ki, hər şey məqsədli şəkildə icra edilib. İğtişaş Ermənistanın təxribatının nəticəsi idi. Hadisə ilə əlaqədar cinayət işinin istintaq materiallarından aydın olur ki, hücum edənlər əvvəlcədən müəyyənləşdirilmiş mənzilləri seçiblər.

Burada bir maraqlı məqam var. Arxiv materialları təkzibedilməz şəkildə isbatlayır ki, XIX əsrin sonlarından erməni təşkilatları “ümumi erməni işi” üçün pul toplamaq üçün kassa dəftərləri hazırlayıblar. Vəsait ödəməyən ermənilərə qarşı özləri daim amansız davranıb, onları qəddarlıqla qətlə yetiriblər. Sumqayıtda da Eduard Qriqoryanın dəstəsinin öldürdüyü ermənilər məhz pul ödəməyənlər idi. Həmin ermənilərin adı, soyadı və ünvanı icraçılara verilib ki, nəticədə qırğınlar törədilib.

Təşkilatçıların videokameralar hazırlaması, çəkilişlər aparması və onu dərhal dünyaya yayması bir daha sübut edir ki, Sumqayıt hadisəsi Ermənistan xüsusi xidmət orqanlarının və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin birgə işi idi. Şəhərin erməni əhalisinin iğtişaşa qədər kütləvi şəkildə banklardan pullarını sonuncu qəpiyinə qədər çıxarması da prosesin əvvəlcədən planlaşdırıldığını, baş verəcəklərdən xəbərdar olduqlarını deməyə əsas verir.

– Hadisə konkret olaraq nəyə hesablanmışdı?

– Əsas olan Ermənistanın ərazi iddiası ilə üzləşən və adekvat cavab vermək məcburiyyətində qalan Azərbaycanı təzyiq altında saxlamaq, istədiyini ona qəbul etdirmək, nüfuzdan salmaq idi. İğtişaş Ermənistan, həmçinin SSRİ rəhbərliyinə daha geniş antiazərbaycan kampaniyasına başlamaq, Azərbaycana qarşı təcavüz siyasətinə bəraət qazandırmaq, azərbaycanlıların “vəhşi” obrazını yaratmaq, ermənilərin azərbaycanlılarla birgə yaşamasının qeyri-mümkünlüyünü dünyaya göstərmək, nəhayət, Qarabağı Azərbaycandan qoparmaq üçün bir vasitə kimi lazım idi.

– Sizcə, Sumqayıt hadisəsinin bütün gizlinlərinin ictimailəşməsi üçün daha neçə il gözləmək lazımdır?

– Bəzən deyirlər ki, artıq hər şey məlumdur. Ancaq mən Sumqayıt hadisəsinin gizli saxlanılan məqamlarının olduğu qənaətindəyəm. Fikrimcə, SSRİ DTK arxivlərində saxlanılan məxfi sənədlərin açılması nəticəsində xeyli yeni faktlar aşkarlanacaq. Lakin düşünürəm ki, bunun reallaşma imkanı indilikdə sıfıra bərabərdir və yəqin hələ uzun müddət gözləməli olacağıq.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4596

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031