Müxalifət Ərdoğanı baş nazir kimi tanımır: 1 milyardlıq qalmaqal…

25.02.2014 - 16:24

Müxalifət Ərdoğanı baş nazir kimi tanımır: 1 milyardlıq qalmaqal…

Türkiyə saytları ölkədəki 17 dekabr “korrupsiya və rüşvət” əməliyyatı günü baş nazir Ərdoğanın oğlu Bilal Ərdoğanla əlaqə saxlamasına dair audio-yazının “youtube” yerləşdirildiyini nəzərə çatdırır.
            
Turan İA-nın məlumatına görə, baş nazir həmin gün oğlu ilə müxtəlif vaxtlarda 4 dəfə əlaqə saxlayıb. Səs qeydlərinə görə, baş nazir oğluna evdə olan 1 milyard dolları olduğu yerdən daşımaları tapşırığını verir. Bir qədər sonra isə oğul Ərdoğan atasına pulların böyük hissəsinin bəzi iş adamlarına verildiyini, qalan 30 milyon dolların da evdən çıxarılacağını bildirib. 
Səs qeydlərini “youtbe”yə yükləyən şəxs öz tvt hesabında səs qeydinin inkar edildiyi halda pulların daşınmasını əks etdirən videogörüntüləri yayacağını bəyan edib.
 
Bu hadisədən dərhal sonra ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbərliyi toplanıb. CHP Ərdoğan hakimiyyətinin legitimlyini itirdiyini və bu andan etibarən bu hökuməti tanımadıqlarını bəyan ediblər.
 
“Bu şərtlər altında mövcud hökuməti tanımırıq, korrupsiya, oğurluq və rüşvət hadisələri altında əzilməkdə olan baş nazir dərhal istefa vermək məcburiyyətindədir. Ərdoğan pisliyin, ləkənin üstünü örtmək istəyir, ona çıxmağı əngəlləyir. Bu saatdan etibarən bu hökumətin oğru və korrupsiya bulaşan bir şəxs tərəfindən idarə edilməyəciyini açıq söyləmək məcburiyyətindəyik”, – CHP bəyan edib. 
Bu məsələ ilə bağlı Türkiyənin digər müxalifət partiyası olan Milliyyətçi Hərəkat Partiyasının da toplantısı keçirilib və səs qeydlərilə bağlı məsələlər dəyərləndirilib.
 
müsavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=4599

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031