Ceyhun Osmanlı nurçuların ona 100 min verməsi xəbərindən danışdı

25.02.2014 - 16:44

Ceyhun Osmanlı nurçuların ona 100 min verməsi xəbərindən danışdı

“Mənimlə bağlı yayılan “məktub” saxtadır. Onun saxta olduğunun fərqinə varmaq üçün bir az diqqətli olmaq yetər”.

Virtualaz.org xəbər verir ki, bunu APA-ya açıqlamasında Fətullah Gülenin liderlik etdiyi “Camaat”dan maliyyə dəstəyi alması ilə bağlı iddialara və yayılan məktuba münasibət bildirən millət vəkili Ceyhun Osmanlı deyib. C. Osmanlı qeyd edib ki, türk dilini yaxşı bilən adam bu məktubun Azərbaycanda hazırlandığını, mətnin Azərbaycan dilinin qrammatik qayda-qanununa uyğun yazıldığını görə bilir: “Artıq məktubda adı keçən Enver Özerenin vəkili də bunun saxta olduğunu təsdiqləyib, eyni zamanda Fətullah Gülənin əsl imza nümunəsini tutuşdurmaq üçün təqdim edib, bununla da, imzanın saxta olduğu təsdiqlənib”. C. Osmanlı bildirib ki, bu “məktub”un yayılması ilə bağlı zaman da bilərəkdən seçilib: “Bu yazı Xədicə İsmayılın Azərbaycanın milli mənafeyi əleyhinə yönəlmiş audio yazısının mənim tərəfimdən Baş Prokurorluğa təqdim edilməsindən bir neçə gün sonra yayıldı. Əslində, bu saxtakarlığın arxasında Xədicə İsmayıl və tərəfdarları da dayana bilər. Amma eyni zamanda ictimai-siyasi fəaliyyətimə qısqanclıqla yanaşan başqa bir qrupun da bu işin arxasında dayanması istisna deyil. Zaman seçimini isə düşünülmüş şəkildə belə dövrə salıblar. Bu saxtakarlığın arxasında dünyadakı erməni yalanları əleyhinə fəaliyyətimdən dolayı mənə aqqressiv mövqedə olan erməni diasporunun internetdəki uzantıları da dayana bilər”. C. Osmanlı deyib ki, bütün hallarda ortada cinayət faktı var: “Ona görə də məlumatı yayan politika.az saytının rəhbərliyi ilə bağlı məhkəmə iddiası qaldıracağam. Qeyd edim ki, bu saxta sənəd naməlum qrup tərəfindən hazırlanaraq eyni vaxtda çox informasiya agentliyinə göndərilib və təbii ki, məlumatın qərəzliliyi o agentliklər tərəfindən aşkar edildiyi üçün onlar bunu yayımlamayıb. Amma bəziləri qanunun tələblərini pozub. Bununla bağlı da gərəkli hüquqi iddialar qaldırılacaq. Fürsətdən istifadə edərək belə qərəzli məsələlərdə peşəkarlığa riayət edən media mənsublarına dərin təşəkkürümü bildirirəm”. C.Osmanlı deyib ki, bu sənədi hazırlayıb, yayan qrupun aşkarlanması üçün hüquq-mühafizə orqanlarına ayrıca müraciət ediləcək.

Qeyd edək ki, politika.az saytı Fətullah Gülənin millət vəkili Ceyhun Osmanlıya seçki təbliğatı üçün 100 min manat, “xidmət hərəkatı”nın işində iştirak etdiyi üçün əlavə hər ay 5 min manat verilməsi barədə Fətullah Gülənin imzası ilə Ənvər Özərənə məktub göndərildiyini iddia etmişdi.

Çağ Öyrətim Azərbaycan şirkətinin rəhbəri Ənvər Özərən də mətbuatda açıqlamasında haqqında yazılanların həqiqəti əks etdirmədiyini bildirib.

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4600

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031