Krım parlamentinin üzərində Rusiya bayrağı qaldırıldı

26.02.2014 - 10:15

Krım parlamentinin üzərində Rusiya bayrağı qaldırıldı

Ukraynanın yeni hakimiyyətinə qarşı mitinq keçirən Krım sakinləri Krım Ali Sovetinin üzərində Rusiya Federasiyasının bayrağını qaldırıblar. 
Virtualaz.org saytının UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalist Oleq Kryuçkov öz  facebook səhifəsində məlumat yayıb və foto da paylaşıb. Rusiyanın bayrağı “Krım Muxtar Respublikasının Yuxarı Radası” sözlərinin üzərinə taxılıb. 
Qeyd edək ki, fevralın 25-də Krımda 500-ə yaxın sakin Krım Muxtar Respublikasının Yuxarı Radasının binası qarşısında etiraz aksiyası keçirib. Onlar Ukrayna mərkəzi hakimiyyətindən müstəqilliyi təmin edən qərar qəbul etməyi tələb ediblər. 
İnsanların qarşısına Yuxarı Radanın sədri Vladimir Konstantinov çıxıb və bildirib ki, o, Krımı tərk etmək niyyətində deyil: “Bu gün Kiyev bizim problemləri həll etmək istəmir. Biz birləşməliyik və qərarlı olmalıyıq. Muxtariyyətin və krımlıların qüvvəsi yetərincədir. Krımda neonasizm keçməz. Biz Krımı satmayacağıq”.
(virtualaz.org)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4604

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930