Cənubda separatizm təhlükəsi

26.02.2014 - 10:24

Cənubda separatizm təhlükəsi

Prosesə Masallının keçmiş icra başçısının da qoşulduğuna dair iddialar var 
Cənub bölgəsində 1993-cü ildən bəri davamlı olaraq separtizm təhlükəsi yaşanır. Əlikram Hümbətovu ələ alan xarici qüvvələr onun əliylə həmin dönəmlərdə “Talış Muğan Respublikası” yaradaraq, bununla Azərbaycanı parçalamaq istəmişdilər. Lakin həmin vaxtdan bəri bir çoxlarının ağzında hələ də “şirə” qalıb. 
Politika.az xəbər verir ki, son günlər Cənub bölgəsində separtizm təhlükəsinin yenidən xortlaya biləcəyi müşahidə olunur. Artıq bəzi rayonlarda kompakt şəkildə yaşayan talışları qızışdıran həmin qüvvələr, bununla ölkədəki vəziyyəti dəyişməyə çalışırlar. Üstəlik, vəziyyət o həddə çatıb ki, separtizmi müdafiə edənlər açıq şəkildə mübarizəyə qoşulublar. Onların qarşısını almaq üçün Azərbaycan iqtidarının tutarlı addımlar atacağı şübhəsizdir. Lakin təhlükənin böyüklüyü ondadır ki, prosesə elə keçmiş dövlət məmurları da qatılmağa başlayıblar.
Politika.az-a verilən həmin məlumatlarda vurğulanır ki, son günlər Masallı və Lənkəranda Masallının keçmiş icra başçısı Teymur Yəhyayevin adı çəkilməyə başlayıb. Bir zamanlar, sözügedən rayonu talayaraq, viran qoymuş həmin şəxsi bəzi dairələrdə talış xalqının qəhrəmanı kimi təqdim etməyə başlayıblar. Hazırda Sankt-Peterburqda yaşayan Yəhyayevin böyük imkanlara sahib olduğu və orada iri biznes sahələrinə rəhbərlik etdiyi deyilir. Həmçinin onun Rusiyada “Talış-Muğan Muxtariyyəti” adlı gizli təşkilatının olduğu da vurğulanır. İddialara görə, keçmiş icra başçısı bu addımları birbaşa öz adı ilə deyil, tamam kənar şəxslərin əliylə həyata keçirir. 
Həmin təşkilatın fəaliyyətinə gəldikdə isə onların Rusiyada qəzet buraxdıqları, kitablar nəşr etdirdikləri də qeyd olunur. Məlumatlı mənbələrin iddiasına görə, Teymur Yəhyayev həmçinin Peterburqdakı bəzi talışları da başına yığaraq, onları yoldan çıxarmağa cəhd göstərir.
(politika.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4605

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031