Rafiq Əliyev haqqında sensasion kompramatlar yayıldı – “o zaman şiə idim…”

26.02.2014 - 10:55

Rafiq Əliyev haqqında sensasion kompramatlar yayıldı – “o zaman şiə idim…”

Xəbər verdiyimiz kimi, fevralın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev virtualaz.org saytına müsahibə verib. Keçmiş komitə sədri ölkədəki dini vəziyyəti təhlil edib, eyni zamanda radikal dini qrupların fəallaşması və bundan yarana biləcək təhlükələrdən danışıb. 
Keçmiş komitə sədrinin mediada müsahibəsi yayıldıqdan sonra yerli KİV-lərə onun barəsində kompromat xarakterli məlumatlar ötürülüb. Qeyd edək ki, son bir ayda Azərbaycanda din xadimlərinə, dini qurumlara qarşı ittihamlarla dolu informasiyalar yayılır. Maraqlıdır ki, bu dəfə R.Əliyevin müsahibəsindən dərhal sonra onun barəsində də məlumat yayılıb. Redaksiyamıza göndərilən məlumatda keçmiş komitə sədrinin ərəb iş adamları ilə əlaqələrindən bəhs edir. 
Məktubda Rafiq Əliyevin Səudiyyə Ərəbistanın Məkkə şəhərində yerləşən “İslam Liqası” təşkilatının sədri Abdullah əl-Türkini yaxşı tanıdığı qeyd olunur. Bu şəxsin Azərbaycana gəldiyi və R.Əliyevə məxsus olan “İrşad” hoteldə qaldığı, telekanalda çıxış etdiyi bildirilir. Məktubda R. Əliyevə xitabən yazılır: “Abdullah əl-Türkinin gözünə girmək üçün ANS telekanalı ilə danışdın və Abdullah Türki ANS-də bir saat çıxış etdi və bir saat  tövhid elmindən danışdı. 
Abdullah əl-Türkinin sadəcə “İslam Liqası”-nın sədri olduğuna görə yox, onun kimin qohumu olduğuna görə çox yaxın əlaqə qurmağa can atırdın. Abdullah əl-Türkinin qızının əri hal  – hazırda Səudiyyə şahzadəsi Vəli Əhdi Salman ibn Abdul Əzizdir”. 
Məktubda qeyd olunur ki, R.Əliyevin ərəb iş adamına etdiyi təklif sonradan ona problem yaradıb: “Unutma ki, sən həmin təklifi edəndə mən də səninlə bir yerdə otaqda idim və ərəb dilini bildiyim üçün danışıqları başa düşürdüm. Sənə bunu ilk dəfə deyim ki, sənin Abdullah əl-Türkiyə etdiyin təklifi Allah Şükür Paşazadəyə mən xəbər vermişdim. O zaman mən şiə idim amma indi sələfiyəm və sənin sirlərini açıram və açmaqda davam edəcəm.
Abdullah əl-Türkiyə təklif etdin ki, Həcci QMİ-dən alıb sənə versinlər və hər bir zəvvara görə ona 1000 dollar verəcəksən. Çünki biz əsas dövlət idarəsiyik və hətta deyirdin ki, QMİ heç nədir və DQİDK komitəsindən  QHT kimi qeydiyyatdan keçir.
Abdullah əl-Türki isə ərəb sayağı gülə-gülə cavab verdi ki, “mən Həclə məşğul olmuram və Həcdən pul qazanmaq mənim üçün olmaz. Biz əksinə, Həccə gələnlər üçün pul xərcləyirik”.
Sənin bu sözünü Paşazadəyə mən çatdırdım və ondan sonra sənin başına şeyx açmadığı oyun qalmadı”. 
Məktubda daha sonra Abdullah əl-Türki dini qurumların başqa sahədə layihələrinə maliyyə ayırdığı, DQİDK-nin həbsxanalarda maarifləndirmə işləri aparması ilə bağlı layihəyə “İslam Liqası” DQİDK-ə 60 min dollar vəsait verib. Məktub müəllifi ayrılan 60 min dolların mənimsənildiyini və yalnız 10 min dollarının layihəyə sərf olunduğunu qeyd edir./müsavat.com/ 
(avropa.info)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4607

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031