Gülər Əhmədova iqtidarı şantaja keçdi

26.02.2014 - 11:41

Sabiq deputat həbsxanadan kimə hansı
mesajları verir?

 

Əvəz Zeynallını qızının 8 yaşı olanda şərləyəndə
bilməliydin ki, səni də oğlunun 8 yaşı tamam olan gün tutacaqlar

Sabiq deputat həbsxanadan kimə hansı
mesajları verir?

 

Əvəz Zeynallını qızının 8 yaşı olanda şərləyəndə
bilməliydin ki, səni də oğlunun 8 yaşı tamam olan gün tutacaqlar

 

 

Bazar
günü ölkə mətbuatında Gülər Əhmədova ilə bağlı vəkili Əfsər Talıbov tərəfindən
maraqlı bir məlumat yayılıb. Məlumatda doğrudan da çoxlu maraqlı məqam var. Hərəkətləri
də özü qədər təzadlı, intriqaçı, “vor zakon”vari olan bu qadın haqqında çıxan xəbərləri
oxuyanda adam bilmir ki, o hansı düşərgənin xidmətçisidir. Hansı dinə, hansı məzhəbə
qulluq edir. Nə etmək istəyir, nə demək istəyir, kimdən nə istəyir və s…

Mətbuatda
yayılan informasiyada bildirilir ki, Gülər Əhmədovaya qadın koloniyasından
ismarış gəlib. İsmarışda deyilir ki, Gülər qadın koloniyasına gəlməsin. Gəlsə
onu öldürəcəyik.

Gülər
Əhmədovanın keçmişi o qədər müəmmalı və çirklidir ki, bu “gəlsə öldürəcəyik”
sözü bir çox səbəbdən deyilə bilər. O bir çox günahsız adamın həbs olunmasında
günahkardır. O iki körpə atası bir baş redaktoru şərləyib həbs etdirib, neçə-neçə
iş adamlarının axırına çıxıb içəri atdırıb, neçə ocaqlar söndürüb, neçə evlər
yıxıb. Buna görə də onun bu ismarıcla qarşılaşması təbiidir. Bütün dünyada
hamının bildiyi bir həqiqət var ki, hakimin verdiyi qərarın nə qədər ədalətli,
nə qədər ədalətsiz olmasına baxmayaraq həbsxanada olanları sonda öz qərarını
çıxarır. Çöldə etdiyin hərəkətə, cinayətə görə ən ədalətli qərarı içəridəkilər
verir. Hakimin qərarı yalnız onun verdiyi illərin sayıdır. Qalan cəzanı isə sənə
yanına getdiklərin və Uca Yaradan verir. Bununla belə bir qadının, bir ananın həbs
olunması arzu olunan bir iş deyil. Allahın məsləhətinə şükür!

Məsələnin
maraqlı tərəfi odur ki, Gülər Əhmadova bildirib ki, ona bu ismarıcı ona görə
göndəriblər ki, həbsdə olan qadınların çoxu müxalifətçidir. O da iqtidar nümayəndəsi
olduğu üçün deyirlər ki, onu öldürəcəyik. Gülər Əhmədova bu informasiyanı mətbuata
çıxarmaqla çox böyük bir səhv edib. O bunu ya bilərəkdən, ya da bilməyərəkdən
edib. Gülər Əhmədova sən hansı risqin sahibisən ki, necə deyə bilərsən ki, türmənin
çoxu müxalifətçidir. Türmənin çoxu necə müxalifətçi ola bilər ki, prezident
seçkilərində türmələrdən 95%-dən çox prezidentə səs verildi. Türmə elə bir
yerdir ki, orada siyasi məhbuslardan başqa, hərə öz etdiyi cinayətin cəzasını çəkir.
Orada nə iqtidar, nə müxalifət. Yox əgər
sən hökumətə mesaj göndərirsən ki, məni kalona göndərməyin, göndərsəniz bildiklərimi
açıb danışacam, məndən hansı məqsədlər üçün istifadə etdiyinizi, kimi, necə
tutdurduğunuzu deyəcəm, Əvəz Zeynallını necə şərlədiyimi açacam bu başqa məsələ.
Bunu başqa cür də edə bilərdin. Onsuz da gündə çıxıb deyirdin ki, ağzımı
açdırmayın. Ağzını açdırmamaq üçün də 15 illik cinayətin 3 ilə endi. Indi nə
istəyirsən? Mən indi də iqtidarı müdafiə edirəm deməyin hara, türmənin çoxu
müxalifətçidir deyib, adamı olduğun iqtidarı “baqaja” qoymağın hara?

Digər
tərəfdən bəyəm iqtidar tərəfdən həbs olunan bircə sənsən ki, ay mən kolona
getmirəm, ay məni öldürəcəklər deyib qara-qışqırıq salırsan. Içəridəkilər
mövqeyinə görə adam öldürən olsaydılar onda gərək iqtidardan həbs olunanların
hamısı ölmüş olaydı. Səni qorxudan başqa şeydir. Sən çöldə etdiyin əməllərə görə
içəridə cəzalanacağından qorxursan. Sən cinayətlərinə hökuməti ortaq edirsən.
Gah bir cür, gah başqa cür danışırsan. Gah günaha bataraq öz şərlədiyin adama
qarğayırsan, gah balan üçün darıxdığını deyirsən, gah iqtidarı müdafiə edirəm
deyirsən, gah türməni müxalifətçi elan edirsən. Çox ağırdır bilirəm. Çox çətindir.
Balasından ayrı düşmək, evindən-eşiyindən, doğmalarından, əzizlərindən
ayrılmaq, ömrünün bir neçə gözəl ilini boz divarlar, dəmir barmaqlıqlar
arxasında keçirmək, qurulu düzəni dağılmaq, həyatı çevrilmək, göyün yeddinci
qatındaykən həyatın dibinə düşmək, insanları insan yerinə qoymadan tapdalayıb
keçərkən birdən-birə tapdalanıb keçilmək… Çox ağırdır…

Amma
gərək gördüyün hər işdə, etdiyin hər əməldə, qol qoyduğun hər şeydə Allahı
arada görəsən axı. Sən Allahı arada görəsən ki, Allah da sən dara düşəndə səni
görə. Sən bir baş redaktoru günahsız yerə şərləyib həbs etdirəndə, bilməliydin
ki, özün də bu taleni yaşayacaqsan.

Səsini
yazmışam deyib məhkəməyə kablokunun tıqqıltılarını təqdim edəndə bilməliydin
ki, özünün haqqında teleseriallar çəkəcəklər.

Öz
oğlunu belə şahid göstərib, baş redaktorun üzünə özün kimi üzəduran rəfiqələrini
qoyanda bilməliydin ki, sənin də üzünə duracaqlar. İnsanlarla “vor zakon” ədasıyla
danışıb, əzib keçmək istəyəndə bilməliydin ki, sənin də üstündən tank kimi keçəcəklər.

Əvəz
Zeynallını qızının 8 yaşı olanda şərləyəndə bilməliydin ki, səni də oğlunun 8
yaşı tamam olan gün tutacaqlar. Anaları ağlar qoyanda, analar dan üzü durub
gözü yaşlı əlini Allaha açıb dualar edəndə, körpələrin, anaların, bacıların
ahını alanda bilməliydin ki, bu ahlar səni bir gün tutacaq. Bütün bunlardan
sonra da sənə görk olmayıbsa, sən yenə kiməsə qarğayırsansa deməli hələ Allaha
qarşı islah olunmamısan. Qorx ki, Allah sənə bundan da betər cəzalar göndərəcək.
Allahdan qorx, Allahın yoluna qayıt, türmədə cəza çəkən o qadınların adından
yalandan, doğrudan istifadə edib öz vəziyyətini daha da çətinləşdirmə. Hökuməti
şantaj edib özünü də, hökuməti də pis vəziyyətdə qoyma. Hökumət sənə bacardığı
yaxşılığı etdi. Bundan artıq nə istəyirsən? Bilisənmi ki, sənin maddənlə 12,
13, 15 il alan nə qədər məhbus var içəridə? Sən onların hansından artıqsan
ki?

 

Elçin

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4611

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031