Aşan Mütəllibov indi də çaşdı
Məhz Mütəllibovun “hər şeyi Rusiya edəcək”
düşüncənin nəticəsində Qarabağ müdafiəsizqaldı və işğal edildi
Eks-prezident
statusu alan Ayaz Mütəllibovun dili açılıb və danışmağa başlayıb. Sovet
orusunun 20 yanvar qətliamından sonra vəzifə
başına gələn, 1991-ci ilin avqustunda qanlı rejimin son bərpa cəhdinə qarşı Azərbaycan
milli-demokratik qüvvələrin müqavimətinə divan tutan, kreslosunu üzusulu tərk
etməyi də bacarmayıb biabırçı qayıdış törəni quran Mütəllibov özünü mələk kimi
cəmiyyətə sırımaq niyyətindədir.
Müstəqil
ölkənin ilk prezidentindən daha çox “dvuxportnu” kostyumları moda mindirən bəzək-düzəkli
sovet adamı kimi yadda qalan Mütəllibovun bu günkü yalanları ilə keçmişin həqəqətlərinin
müqayisəsinə keçməzdən öncə bu aşırılmış məmurun bir çaşqınlığına diqqət yetirmək
istərdik. Mütəllibov son müsahibələrnin birində Milli Azadlıq Hərəkatının
lideri Əbülfəz Elçibəy haqda danışıb.
Mütəllibovun elə həmin gün cavabı verildi. Əgər Mütəllibov dünyasını dəyişmiş
olsaydıda olsaydı və Elçibəyə onunla bağlı sual verilsəydi, BƏY bu şəxs
haqqında mənfi bir ifadə işlətməzdi. Bu təkcə eks-prezidentlərin bir birinə
sayğısını tələb edən dövlət tərbiyəsi deyil, həm də insanlıq və kişilik
normalarıdır. Elçibəy Kəlbəcərin işğalının məsuliyyətinin öz üzərində olduğunu
və xalqın mühakiməsinə hazır olduğunu hər zaman bəyan etdi. Mütəllibovda belə
bir cəsarətin və səmimiyyətin damlası belə sezilmədi. Əksinə, yenə yalan və
böhtanlar səsləndirilir…
Mütəllibov
bildirir ki, 1991-ci ildə Qarabağda 24 kənd azad edildi və azərbaycanlıların
bunu etiraf etməyə canı çıxır. Əvvəla, o zaman Qarabağda 24 yox, 14 kənd azad
edildi və bundan artığını Rusiya istəmədi. Çünki İttifaq müqaviləsinə ilk dövrlər
isti yanaşmadığı üçün Ermənistanı cəzalandırmaq istəyirdi. Bunun konkret nümunəsini
xatırlatmağı lazım bilirəm. Niyə Şuşanın yaxınlığındakı Daşaltı və Qaladərəsi kəndlərindən
erməni silahlı dəstələrinin təmizlənməsi əməliyyatı dayandırıldı? Azad edilmiş
həmin kəndlərdən Azad, Kamo Çaykənd istisna olmaqla, digərləri elə həmin ilin
payızında, Mütəllibovun 1991-ci ilin avqustunda QKÇP-ni dəstəkləməsindən və Azərbaycanın
müstəqilliyini elan etməsindən sonra Rusiyanın yardımı ilə yenidən işğal edilib
ermənilərin nəzarətinə verildi.
Məhz
Mütəllibovun “hər şeyi Rusiya edəcək” düşüncənin nəticəsində Dağlıq Qarabağdakı yaşayış məntəqələrinin müdafiəsi
lazımi səviyyədə təşkil olunmadı və onların əksəriyyəti elə onun hakimiyyəti
zamanı hələ də inandığınız həmin rus ordusunun 366-cı alayının fəal yardımı ilə
işğal edildi: Kərkicahan, Kosalar, Meşəli, Cəmilli, Malıbəyli, Quşçular, Xocalı
kimi tarixi və strateji əhəmiyyətli kənd və qəsəbələr bunların bir qismi idi.
Xocalı faciəsi ilə bağlı Mütəllibov daxili qüvvələri – opponentlərini yenə də
ittiham edir. Xocalının müdafiəsi məsələsi həmişə AXC-nin və onun sədri Elçibəyin
xüsusi diqqətində olub və bunu Xocalıların əksəriyyəti bilirdi. AXC İnformasiya
Mərkəzi hər gün azı 2 dəfə Xocalı ilə əlaqə saxlayıb vəziyyət haqqında məlumat alıb. 1991-ci ilin
noyabr ayının əvvəllərində Bakıya ezamiyyətə gəlmiş Xocalı polisində işləyən
Elçibəyin tələbəsi olmuş polis kapitanı AXC qərargahında ona Xocalıdakı ağır durum haqda ətraflı məlumat
verərək kömək istəyib. Xocalının
blokadasının aradan qaldırılması üçün tədbirlər görülməsi üçün prezident kimi
legitimliyini tanımasa da Elçibəy Mütəllibova 2 dəfə (noyabr 1991-ci il, yanvar
1992-ci il) məktubla müraciət edib. Amma bu müraciətlər cavabsız qaldı və əməli
tədbirlər görülmədi. Xocalıda baş verən qətliamla bağlı fevralın 26-da səhər
AXC İnformasiya Mərkəzinin yaydığı məlumata Mütəllibovun mətbuat katibi Rasim
Ağayev aqressiv reaksiya verib bildirdi ki, Xocalıda cəmi 2 nəfər həlak ölub,
yayılan məlumat təxribatdır. Hansı ki, AXC İnformasiya Mərkəzi həmin gecə bir neçə dəfə Xocalı ilə əlaqə
saxlayıb, sonra əlaqə kəsilib. Bu gün isə
Mütəllibov deyir ki, həmin gecə MTN və
DİN rəhbəri ilə birgə olublar və Xocalı haqda heç bir məlumatları olmayıb. Demək,
hətta prezident kreslosunda oturarkən belə bu şəxsin Dağlıq Qarabağın strateji
nöqtələrindən birinə təsir imkanları AXC qədər olmayıb. Belə rəhbərə isə
prezident yox müqəvva deyilir…
“Yeni
Cumhuriyyət”
Short URL: http://www.cumhuriyyet.net/?p=4617