Kəlbəcər təhsilində saxta diplom biznesi

26.02.2014 - 13:15

Kəlbəcər rayonu Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti
və korrupsiyaya bulaşması Məhəmməd Bağırovunun sonunu gətirdi

 

 Yeni nazir Mikayıl Cabbarovun onu işdən
çıxardması rayon camaatını sevindirsədə Kəlbəcər təhsilində olan problemlər hələ
də davam edir. Belə ki, RTŞ-nin müdir əvəzi Məhyəddin Əbdürrəhmanov da əvvəlki
müdir kimi öz işinin öhdəsindən gələ bilmir.

Kəlbəcər
təhsilindəki bu günkü durum haqda redaksiyamıza məlumat verən mənbənin sözlərinə
görə, günü, gündən çiçəklənən ciddi qanun pozuntuları olan təhsil şöbəsində əvvəllər
inspektr işləyən, indidə Kəlbəcər təhsilinin müdir əvəzi M. Abdürrəhmənov bir
vaxtlar saxta diplom biznesi ilə məşğul olub. Mənbənin dediyinə inansaq görərik
ki, Məhyəddin müəllim yaxın keçmişdə Müəllimlər İnistutunun Gəncə və Qazax şöbələrində
işləyən bir qrup vəzifəli şəxslərlə iş birliyi quraraq, saxta diplom alveri ilə
məşğul olmuşdur. Mənbənin idiasına görə satılan saxta diplomların sahibləri əksəriyyəti
Kəlbəcər məktəblərində işə düzəlib. Elə bu səbəbdən də köhnə əməllərini
sğortalamaq üçün saxta diplom satdığı həmin Kəlbəcər sakinlərini təhsil şöbəsində
müvaviq vəzifələrə təyin edərək ikinci dəfə də həmin şəxslərdən qazanc əldə edə
bilib. Azerinews.tv-yə daxil olan digər şikayətdə isə bildirilir ki, himayədarlarının
səyi nəticəsində M.Abdürəhmanov RTŞ-yə rəhbərlik etməyə başladıqdan sonra Kəlbəcər
təhsili daha ağır duruma düşüb.”Məhyəddin müəllim təhsil şöbəsinə rəhbərlik
etdiyi vaxtdan iki aydır müəllimlər əmək haqqılarını ala bilmirlər. Şöbənin
işçiləri Şirinov Elçin Təhməz oğlu və İbrahimov Xəqani Nizami oğlu onun yeni rəhbər
vəzifəyə gəlməsi münasibətilə məktəb direktorlarından üç-dörd min manat məbləğində
hədiyyə pulları yığırlar və hal-hazırda 114 məktəbi olan rayonun 80 məktəbindən
belə rüşvət pulları yığılmışdır. Hesabı vermək istəməyən direktorlar hədələnir
və təhqir olunur. Şöbə müdiri bütün bunları özünə yaxın olan adamların əli ilə
həyata keçirir ki, əməllərini ört-basdır edə bilsin. Məktəb direktorları hesab
vermədikləri halda işdən çıxarılma ilə hədələnir, onların vəzifədə qalıb işləmələri
üçün hər bir direktordan on min manat hesab istənir. Müqavilə əsasında işə
götürülən və iki-üç ildir işləyən müəllimlərin hər birindən işlərində qalmaları
üçün 4-5 min manat pul tələb edilir” deyən şikayətçilər rayon təhsilinin ölüm
ayağında olduğunu bildirirlər.

Onu
da qeyid edək ki, Məhyəddin Əbdürrəhmanovun siyasi keçmişi ilə bağlı çox ciddi
məlumatlar əldə etmişik. Bu məlumatları əməkdaşımızın araşdırmasından sonra
oxuculara təqdim edəcəyik. Bizi izləyin

 

Fariz

Short URL: http://www.cumhuriyyet.net/?p=4618

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930