Heydər Əliyev həbs olunub
“Bala Heydər”ə əmlakını təhvil verməklə
azadlıq təklif olunur
“Bala Heydər”ə əmlakını təhvil verməklə
azadlıq təklif olunur
Azərbaycanın
tanınmış iş adamı, “Şərur” MTK-nın prezidenti, “Şərurlu İsfəndiyar” kimi
tanınan İsfəndiyar Axundovun qalmaqallı işləri haqda mediada çox yazılıb. Bir
müddət öncə isə həbsdə olan bir qrup iş adamı məhz bu şəxsin toruna düşdüklərini
açıq şəkildə bəytan etdilər. İnşa etdirdikləri binadakı mənzillərin hər birini
çoxsaylı vətəndaşlara satdıqlarına görə dəludəzluq ittihamıyla həbs olunan
“Kamran B.Ə.” MMC-nin təsisçisi və rəhbəri Ələkbər Babayev, şirkətin direktoru
vəzifəsində işləmiş German Hüseynov və Rüfət Nağıyev, tikinti nəzarətçisi
Süleyman Əliyev və “İnşaat-E” MMC-nin direktoru Kənan Quliyev məhkəmə ifadəsində
bildiriblər ki, “Şərurlu Isfəndiyar” onlardan möhürü alıblar. Yəni, “Şərurlu
Isfəndiyar” onların özlərini də aldadıb.
“Yeni
Cumhuriyyət”ə isə İ.Axundovun güdazına gedərək həbs olunan daha bir iş adamı
haqda ilginc məlumat daxıl olub. Redaksiyamıza daxil olan məlumata görə “Qorqud Holdinq”in prezidenti ,
daha çox “bala Heydər” kimi tanınan Heydər Həsən oğlu Əliyev həbs olunub.
Bununla bağlı məlumat verən mənbə deyir: “Heydər Əliyevin həbsindən artıq xeyli
müddət keçsə də bu olay ictimaiyyətdən gizli saxlanılır. Onun özü də xəbərin
yayılmasında maraqlı deyil. Dələduzluq maddəsi ilə ittiham olunan iş adamı ilə
məhkəmə hökmü olmadan azadlığa çıxması üçün danışıqlar aparılır. Güman ki, əlində
olan əmlak və obyektlərinin bir hissəsindən imtina etmək şərti ilə onun
azadlığa çıxması təmin ediləcək”.
Mənbəmiz
onu da bildirdi ki, artıq “Bala Heydəri”in əmlakı siyahıya alınıb və onun oğlu
İlham Əliyev tamamilə idarəçilikdən uzaqlaşdırılıb. Onu da bildirək ki
“Qorqud Holdinq”in prezidenti Türkiyədəki nurçularla ciddi əlaqəsinin
olduğu söylənilən bu iş adamının qaranlıq əlaqələri ilə də diqqət çəkib və onun
həbsinin hansı yollarlasa Türkiyədəki məlum həbslərə bağlı olması istisna
deyil.
“Xəbər
xidməti”
Short URL: http://www.cumhuriyyet.net/?p=4619