“Halal” sertifikatı uğrunda mübarizə başlandı

26.02.2014 - 15:18

“Halal” sertifikatı uğrunda mübarizə başlandı

“Biz artıq Dövlət Komitəsinə müraciət etmişik. Aprelin 1-ə qədər “halal” sertifikatını alacağıq. Qeyri-qanuni heç bir iş görmürük. Sertifikat növbəli şəkildə verilir. Sıra bizə də çatacaq”. Bunu Modern.az-a açıqlamasında “Ovçular” şirkətinin satış müdiri Taleh Bağırov bildirib.
“Kristal CF” şirkətini təmsil edən Fariz Qurbanov isə bildirib ki, şirkət ayrıca halal sex inşa edir: “Tikinti çoxdan başlayıb. Hazırda binada montaj işləri gedir. Hər bir şey qayda-qanunla həyata keçiriləcək. Düşünürəm ki, aprelin 1-ə qədər hazır olacaq. Sertifikat almaq üçün də müraciət etmişik. Yəqin ki, sex hazır olduqdan sonra şirkətə sertifikat veriləcək”.
“Lider RM” şirkətinin  səlahiyyətli nümayəndəsi Əlövsət Məmmədov açıqlamasında deyib ki, sertifikat üçün Dövlət Komitəsinə müraciət olunub və 3 gün sonra onlara sertifikat veriləcək. 
Qeyd edək ki,  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi  AZS 731-2012 “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikatlaşdırılmayan, lakin üzərində “halal” sözü yazılmış məhsulların istehsalı və satışı qadağan edib. Məhsullarında adıçəkilən sözdən istifadə edən müəssisələrə artıq bununla bağlı məlumat verilib. Onlar verilmiş bu müddət ərzində “halal” sözü yazılmış etiketlərin yeniləri ilə əvəzlənməsi üçün texniki məsələləri həll etməlidirlər. Yəni sertifikatlaşdırılmadan “halal” sözünün istifadəsi qadağan olunduğuna görə, verilmiş müddətə qədər yeni etiketlərin sifarişi, çapı və digər zəruri məsələlər müəssisələr tərəfindən həll edilməlidir. “Halal” adı altında məhsul istehsal edən müəssisələrə malların markalanmasındakı “halal” sözünün çıxarılması üçün aprelin 1-dək vaxt verilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=4623

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930