Qəzzafinin Avstryadakı pullarının leqallaşdırılmasında Azərbaycan izi
26.02.2014 - 15:38
Qəzzafinin Avstryadakı pullarının leqallaşdırılmasında Azərbaycan izi

Avstrya xüsusi xidmət orqanı azərbaycanlı keçmiş məmur vasitəsilə milyonlarla “çirkli pul”un yuyulması prosesinin həyata keçirilməsinin qarşısını aldı
Avstriya Avropa ölkəsi olmasına baxmayaraq xeyli sayda şübhəli maxinasiyaların həyata keçirilməsinə münbit şərait yaradan qanunlara malikdir. “Yeni Müsavat” qəzeti bir neçə gün öncə yazıb ki, Avstryada Qəzzafinin milyonlarla vəsaiti batıb. Həmçinin öz ölkəsindən qaçaraq burada siyasi sığınacaq alan Liviyanın neft naziri Şükrü Qanemin cəsədi Dunay çayında tapılıb, müəmmalı şəkildə öldürülən keçmiş nazirin ölüm səbəbi açılmayıb və onun da bu ölkədə böyük sərvətinin olduğu bildirilir. Şükrü Qanem həm də zamanında Avstriyanın neft şirkətləriylə böyük müqavilələr bağlamış şəxs idi.
Avropa.info isə keçmiş Liviya diktatoru Müəmmər Qəzzafinin yaxınlarının Avstryadakı bizneslərini qorumaq üçün azərbaycanlı keçmiş məmurdan istifadə etmək istədikləri haqda sensasion məlumat əldə edib.
Ötən ilin dekabr ayında Avropa.info Londonda yaşayan və Qəzzafi nəslinin biznesinə rəhbərlik edən diktatorun nəvəsi Minqıstab Səmər əl-Qəzzafinin eksklüziv açıqlamasını təqdim etmişdi. Müharibədən öncə Londonda yaşadığını deyən nəvə Qəzzafi bizneslə məşğul olduğunu və heç bir hərbi cinayətlərdə iştirak etmədiyini bildirmişdi.
“Mən bizneslə məşğulam. Qəddafilər nəsli hələ də Liviyaya xeyir verir. Bizim vətənimizə xeyirimiz hələ də dəyir. Hazırda 4 övladım var. Onlar Londonda təhsil alırlar. Biz hansısa hərbi cinayətlərdə iştirak etməmişik. Bizi niyə izləsinlər ki? Hər halda bu varsa da belə, mənim bundan xəbərim yoxdur.”
Azərbaycanla əlaqələrindən danışan Minqistab Səmər əl-Qəzzafi çox maraqlıdır ki, OMON-un mərhum komandiri Rövşən Cavadovun qardaşı , Avstraya vətəndaşlığı alan keçmiş prokuror Mahir Cavadovu tanıdığını bildirmişdi.
“Babamın hakimiyyəti illərində Azərbaycanla sıx əlaqələr vardı. Azərbaycanın Liviyada ciddi yatırımlarının olduğunu bilirdim. Amma indi məlumatım yoxdur. Bilmirəm yeni hökumətlə bu biznes tərəfdaşlığı davam edir, yoxsa, yox. Azərbaycandan Avstryada mühacir həyatı yaşayan Mahir Cavadovu tanıyıram. Mən bu yaxınlarda onunla görüşmək istəyirdim. Amma Avstriya hökuməti buna icazə vermədi. Biz Mahir Cavadovu çoxdan tanıyırıq.”
Qeyd edək ki, Minqstab Səmər əl- Qəzzafi bu açıqlamanı İsveçrədə vermişdi. Qanlı diktatorun nəvəsi özü də etiraf etdiyi kimi, Avstryaya getmək istəmiş, lakin Avstrya hökuməti onun Mahir Cavadovla görüşünə imkan verməmiş, məhz bundan sonra İsveçrəyə gələrək keçmiş prokurorun hazırda İsveçrədə mühacir həyatı yaşayan yaxınları ilə görüşmüşdü.
Avropa.info-nun əldə etdiyi məlumata görə, nəvə Qəzzafi Mahir Cavadovla hansı səbəbdən görüşmək istədiyini onun yaxınlarına bildirməyərək, keçmiş prokuroru Londona dəvət edib və bu dəvəti onun yaxınları vasitəsi ilə çatdırıb.
Bu görüşə şübhəli yanaşan Mahir Cavadov isə Londona gedib-getməmək barədə tərəddüd edərkən, Minqistab Səmər əl-Qəzzafinin onunla görüşmək istəyinin əsl səbəbləri bəlli olub.
Avstrya xüsusi xidmət orqanları Mahir Cavadovu vaxtında məlumatlandıra biliblər. Eks-prokurorla görüşən xüsusi xidmətin əməkdaşları Mahir Cavadovdan nəvə Qəzzafini haradan tanıdığını soruşublar. Mahir Cavadov isə bu ailə ilə hər hansısa bir tanışlıqlarının olmadığını bildirib. Bundan sonra Xüsusi Xidmət əməkdaşları Minqistab Səmər əl-Qəzzafinin diktatora aid olan biznesini və “çirkli pul”larını leqallaşdırmaq üçün Mahir Cavadovdan istifadə etmək istədiyini onun nəzərinə çatdırıblar. Qeyd olunub ki, Qəzzafi ailəsi bunun üçün Mahir Cavadovun Avstrya vətəndaşı olmasını və bu ölkənin siyasi dairələrində tanınmasını nəzərə alıblar. Lakin, məsələ bununla bitməyib…
Avstriya xüsusi xidmət orqanı Mahir Cavadova Londona getməməsi barədə xəbərdarlıq da ediblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=4624