Sumqayıtda 13 binanın sakinləri etiraz aksiyası keçirdi

26.02.2014 - 17:16

Sumqayıtda 13 binanın sakinləri etiraz aksiyası keçirdi 

Növbəti aksiya isə fevralın 28-də olacaq
Bu gün Sumqayıt şəhərində 10-cu mikrorayon, 24, 25, 26, 27, 28, 28a, 30, 31, 31a, 32-ci və daha bir neçə binanın sakinləri tərəfindən etiraz aksiyası keçirilib. Buna səbəb isə 10-cu mikrorayon, Babək küçəsindəki yolun hansısa bir iş adamına satılması olub.
Bu barədə virtualaz.org saytına Babək küçəsi, 28-də yaşayan sakinlər məlumat veriblər.
Xəbərdə deyilir ki, həmin yoldan 13 binanın sakinləri istifadə edirlər: “Gün ərzində təxminən 5 min sakin həmin yoldan istifadə edirdi. İndi yolu bağlayaraq burada hündür binalar tikiləcəyini deyirlər. Əvvəllər bu ünvanda 10 hektar sahədə “Cümhuriyyət parkı” yerləşirdi. Park da satılaraq dağıdıldı”.
Bu gün keçirilən aksiyada sakinlər ağır yük maşınlarının qarşısına çıxaraq tikintiyə icazə verməyiblər: “Bu gün bütün Azərbaycan Xocalı faciəsini qeyd edir, amma işbazlar tikinti aparır. Biz Sumqayıt Şəhər İcra Hakimiyyətinə təkrarən müraciət etdik. Amma oradan bizə digər ərazidən yol çəkiləcəyini bildirdilər. Hazırda sakinlər arasında imzatoplama aksiyası keçirilir. Artıq 550 imza toplanıb. Toplanan imzalar ölkə rəhbərliyinə ünvanlanacaq”.
Sakinlər qeyd etdilər ki, həftənin cümə günü – fevralın 28-də təkrarən aksiya keçirəcəklər: “Həftənin cümə günü aksiya olacaq. Bütün bina sakinləri toplanaraq tikintinin dayandırılmasına çalışacağıq. Əks halda daha sərt tədbirlər düşünürük. Ərazi elə hala gətirilib ki, artıq uşaqların oynaması, sərbəst gediş-gəliş üçün bir qarış boş torpaq qalmayıb”.
Şikayətçilər onu da vurğuladılar ki, əraziyə nəzarət edən polis əməkdaşları aksiyanın təşkilatçılarına hədə-qorxu gəliblər.  
Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə virtualaz.org saytına məsələ ilə bağlı mətbuata açıqlama verə biləcək səlahiyyətli şəxslərin işdə olmadığını dedilər.
(virtualaz.org)

Short URL: http://www.cumhuriyyet.net/?p=4626

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930