Milli Məclisin nurçulara bağlı olan 24 deputatı hansılardır?
27.02.2014 - 10:39
Milli Məclisin nurçulara bağlı olan 24 deputatı hansılardır?
Milli Məclisin 24 deputatının əsası Türkiyədə olan nurçular cərəyanı ilə bağlılığı iddia edilir
Bildirilir ki, həmin şəxslər Azərbaycanda çox ciddi şəkildə mövqelərində möhkəmləniblər. Onların siyasi dairələrdə himayədarlarının olduğu və Gülən camaatı tərəfindən həmin deputatlara aylıq maaş kəsildiyi də iddialar sırasındadır. Bunun müqabilində həmin millət vəkilləri guya nurçuların Azərbaycanda maraqlarını təmin etməkdədirlər. Həmçinin, 40-a yaxın dövlət məmurunun da nurçularla müxtəlif formada əlaqədə olduğu deyilir.
Dini Komitənin keçmiş sədri Rafiq Əliyev virtualaz saytına müsahibəsində bildirib ki, nurçular ölkəmizdə praktiki olaraq bütün sahələrə nüfuz ediblər.
Bəs, Fətullah Gülənin nurçuluq hərəkatı ilə bağlı olduğu iddia edilən millət vəkilləri kimlərdir?
Həmin deputatların önündə Ceyhun Osmanlının adı çəkilir. Hansı ki, ötən gün sosial şəbəkələrdə guya Ceyhun Osmanlının Çağ Öyrətimin Azərbaycandakı rəhbəri Ənvər Özərən vasitəsilə Fətullah Güləndən 100 min, hər ay isə 5 min dollar aldığı əks olunan sənəd yayılmışdı. Millət vəkilindən bu məsələlərə aydınlıq gətirməsini istəsək də cavabı belə oldu.
Deputat ANS-ə müsahibə vermək istəməsə də, mətbuata açıqlamada barəsində yayılan sənədi saxta adlandırmışdı. Nurçularla əlaqədə olduğu iddia edilən daha bir millət vəkili Qənirə Paşayevadır ki, o da barəsində yazılanları cəfəngiyyat adlandırdı. Siyahıda adı olan Fuad Muradov isə yazılanlara susmaqla cavab verdi. Daha bir millət vəkili Fazil Mustafanın da Gülənin hizimət hərəkatına qoşulduğu iddia olunur. Onun nurçu olub olmadığını öz dilindən eşidin.
Millət vəkili bütün bunların həm türkçülüyə, həm də islama qarşı bir kampaniya başlandığını, eyni zamanda Azərbaycan təhsilində alternativlərin ortadan qaldırılması istiqamətində, bu təhsil şəbəkəsinin ölkəmizdə faydalı iş görməsinə qarşı biabırçı, bədnam hərəkat adlandırır. Millət vəkili Türkiyədə bütün kəsimlərlə əlaqəsinin olduğunu deyir.
Millət vəkili Fazil Mustafa: “Maraqlıdır bir qrup məni Türkiyə hökumətinin mövqeyini dəstəkləməkdə ittiham edir, masonlarla da əlaqələndirir, nə bilim dünyanın idarə olunmasında mənim rolumu qeyd edirlər. Biz Azərbaycana xidmət edən insanlarıq. Ümumiyyətlə, namuslu bir insan heç vaxt başqa ölkənin hər hansı bir qurumları ilə bağlılıq əlaqəsində olmaz”.
Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyədə yayılan gizli səsyazısında Azərbaycanın müdafiə naziri Zakir Həsənov və xarici işlər naziri Elmar Məmmədyarov Gülən camaatına yaxın şəxs kimi göstərilmişdi. Müdafiə və xarici işlər nazirlikləri yayılan informasiyaları təxribat adlandırmışdılar.
Short URL: http://www.cumhuriyyet.net/?p=4633