Gənclərin məhkəməsində qalmaqal

27.02.2014 - 12:20

Gənclərin məhkəməsində qalmaqal

Xəbər verildiyi kimi, bu gün “Nida” vətəndaş hərəkatı və “Azad gənclik” təşkilatı üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə öz işinə başlayıb. 
Əməkdaşımızın verdiyi xəbərə görə, məhkəmə elan olunduğu vaxtdan gec başlayıb və müttəhimlərin yaxınları dostları bu arada fləş-mob səciyyəli aksiya keçiriblər: mahnı oxuyublar, şüarlar səsləndiriblər və ayaqlarını yerə çırpıblar.
Reportyorumiuzun verdiyi xəbərə görə, məhkəmə iclası Anar Abbasov adlı şahidin ifadəsinin alınması ilə başlayıb. Lap əvvəldən məlum olub ki, şahid guya özünün yazmış olduğu ifadəni üzündən oxuya bilmir. Bundan başqa, o, təqsirləndirilən şəxsləri tanıya bilməyib, hər kəlməsində yalançı şahid olduğunu büruzə verib. Müttəhim Zaur Qurbanov şahidə müraciətlə “ömründə bir dəfə kişi ol, düzünü danış” deyə müraciət edib. Hakim ona etirazını bildirib və Z.Qurbanov “bu, sadəcə, bir təklifdir” deyə cavab verib.
Yalançı şahidin ifadələri təqsirləndirilən şəxslər tərəfindən etirazla qarşılanıb. 
Vəkil Elton Quliyev bildirib ki, şəxsiyyət vəsiqəsi olmayan bu şəxsin doğrudan da Anar Abbasov olub-olmadığını necə bilmək olar. Hakim ona bildirib ki, onun izahatının qəbul olunması üçün 9 nömrəli forma çıxaracaqlar.
Sonra məhkəmədə əsəblər gərilib, mübahisə yaranıb və hakim məhkəmənin fevralın 28-dək təxirə salındığını bildirib. (musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=4638

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031