“Yeni təyin olunan adam metropoliten sistemində çalışmayıb”

27.02.2014 - 16:21

“Yeni təyin olunan adam metropoliten sistemində çalışmayıb”Bakı Metropoliteninin rəisi Tağı Əhmədov işdən çıxarılması haqda xəbəri musavat.com-a şərh edib. 



O, müxbirimizə deyib ki, işdən çıxarılması barədə hər hansı məlumata malik deyil: “Mənə bu haqda heç kim heç nə deməyib. Hazırda işdəyəm, kabinetimdə oturub, sizinlə danışıram”. 



“Sizə işdən çıxarılmağınızı kim deməlidir”, –  sualına T.Əhmədov belə cavab verib: “Bilmirəm, hər halda kimsə deməlidir. Amma hələ bir xəbər yoxdur. Əgər deyirlərsə ki, məni işdən çıxarıblar, demək düzdür”.



T.Əhmədov yerinə təyin olunduğu bildirilən Zaur Mirtofiq oğlu Hüseynovu tanımadığını da deyib: “Belə bir adam tanımıram, o, metropoliten sistemində çalışmayıb, kimliyindən məlumatsızam”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4648

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031