Təbrizdə Xocalını ananlar döyüldü və həbs edildi

27.02.2014 - 16:43

Təbrizdə Xocalını ananlar döyüldü və həbs edildi

Fevralın 26-da Təbrizin Səhənd stadionunda “Traxtur” və Səudiyyə Ərəbistanının “Əlittihad” futbol komandaları arasında keçirilən oyundan sonra həbslər olub. 1 – 0 hesabı ilə “Traxtur”un xeyrinə yekunlaşan oyunda olduqca həyəcanlı anlar yaşanıb. On minlərlə soydaşımız “Yaşasın Azərbaycan!”, “Azərbaycan var olsun – İstəməyən kor olsun””, “”Traxtur”u el istər – Şərəfli millət istər””, “Türklərin iftixarı – “Traxtur”, “Traxtur”!” və s. kimi milli şüarlar səsləndirərək stadionu lərzəyə gətiriblər. 
GünAz TV-nin xəbərində deyilir ki,  oyun Xocalı soyqırımının 22-ci ildönümünə təsadüf etdiyinə görə, həmvətənlərimiz Xocalı qurbanlarını da anıblar və şüarlar səsləndiriblər. Xocalı soyqırımı ilə bağlı nümayiş etdirilən plakat təhlükəsizlik qüvvələrinin xüsusilə qəzəbinə səbəb olub. Məmurlar soydaşlarımıza hücum edib, onları dəyənəklə döyüb və bir neçəsini yaxalayıblar. Tutulanlar arasında Mehdi Sədiqi (Səhənd) də var. Tutulanların harada saxlanıldığı hələlik bəlli deyil.
 “Traxtur”un qələbəsindən sonra Təbrizdə və Azərbaycanın başqa şəhərlərində tərəfdarlar şənlik edib və milli şüarlar səsləndiriblər.
Xatırladaq ki, son günlərdə Güney Azərbaycanda Dünya Ana Dili Günü müxtəlif tədbirlərlə ağırlandı. Lakin soydaşlarımızdan təxminən 200 nəfəri keçmiş illərdəki kimi rejimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
İranda Xocalını anım tədbirlərinə polis müdaxiləsi əvvəlki illərdə də dəfələrlə baş verib ki, bu, da İran-Ermənistan müttəfiqliyindən irəli gələn haldır.  

Short URL: http://www.cumhuriyyet.net/?p=4650

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930