Metrodakı dəyişiklik gediş haqqına təsir göstərə bilərmi?

28.02.2014 - 10:14

Metrodakı dəyişiklik gediş haqqına təsir göstərə bilərmi?

Xəbər verdiyimiz kimi, fevralın 27-də prezident İlham Əliyev “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı sərəncam imzalayıb. Beləliklə, metropoliten kommersiya strukturuna çevrilir. Qapalı səhmdar cəmiyyəti hüquqi şəxs olan kommersiya strukturlarından biridir.
Metropoliten ətrafında daima müzakirə olunan məsələlərdən biri gediş haqqı ilə bağlıdır. Uzun müddət metroda gediş haqqı 5 qəpik olub. 2009-cu ilin sentyabrında Tarif Şurasının çıxardığı qərarla həmin ilin oktyabr ayından gediş haqqı 15 qəpiyə qaldırılıb. Tarif Şurasının 2011-ci ilin noyabrında çıxardığı qərara əsasən isə həmin ilin dekabrından metroda gediş haqqı 20 qəpikdir.
Metropoliten rəhbərliyi bu qiymətin də əslində az olduğu, bir sərnişinin daşınmasının 70 qəpikdən çox xərc apardığı haqda dəfələrlə açıqlamalar verib. Beləliklə, gediş haqqının artırılmasına hələ zərurət qaldığını vurğulayıb.
Metropolitenin statusunun dəyişməsi, kommersiya qurumuna, yəni daha müstəqil bir təşkilata çevrilməsi gediş haqqına təsir göstərəcəkmi?
Virtualaz.org-un məlumatına görə, iqtisadçı-ekspert Samir Əliyev “Media forum” saytının bu sualına cavab olaraq deyib ki, metropolitenin hüquqi şəxs olması metroda qiymətin tənzimlənməsi qaydasını dəyişmir: “Metroda gediş haqqı tənzimlənən qiymətlərə daxildir. Bu o deməkdir ki, indən belə də metroda gediş haqqının məbləğini Tarif Şurası müəyyənləşdirəcək. Yəni “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti qiyməti özü dəyişə bilməz. Əgər cəmiyyət qiyməti dəyişmək istəsə, yenə Tarif Şurasına müraciət etməli, qərar Tarif Şurasında çıxarılmalıdır. Bir sözlə, Bakı metrosunda gedişin neçəyə olması yenə Tarif Şurasının qərarından asılı bir məsələdir”. (virtualaz.org)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4657

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031