Prezident Administrasiyasında “gizli müxalifət” var ?

28.02.2014 - 10:23

Prezident Administrasiyasında “gizli müxalifət” var ?

Prezident Administrasiyasında “gizli müxalifət” var ?
Türkiyə iqtidarı Azərbaycanda “nurcu”ların böyüməsindən narahatdır; iqtidara təqdim edilən siyahıda Elnur Aslanovun, Xaliq Məmmədovun, Elşad İsgəndərovun, Ceyhun Osmanlının, Fərhad Məmmədovun da adları var
Facebook sosial şəbəkəsində, “inciazeri” adlı profildə maraqlı bir yazı yayımlanıb. Orada yayımlanan faktlar diqqətimizi cəlb etdi və onu dərc etmək qərarına gəldik. 
Türkiyədə nəşr olunan ingilisdilli “Todays Zaman” qəzetinin əməkdaşı Mahir Zeynalovun deportasiyası həm Türkiyə, həm də Azərbaycan mediasında geniş işıqlandırıldı. Rəsmi Ankaranı bu məsələdə qınayan da oldu, haqq qazandıran da. Ancaq heç kim “nurçu”ların qəzetində rəsmi Ankaranı yıxıb sürüyən Azərbaycan vətəndaşlarının Türkiyədə necə yaşamaq izni almasını araşdırmağa maraq göstərmədi. 
Rəsmi prosedurlara əsasən hər hansı ölkədə akkreditasiya olunmaq istəyən jurnalist ya Azərbaycanın həmin ölkədəki diplomatik nümayəndəliyinə, ya da Azərbaycan XİN-ə müraciət etməlidir.  Həmin instansiyaların rəsmi razılıq məktubunu Türkiyənin aidiyyəti orqanına təqdim etdikdən sonra yaşamaq hüququ əldə etmək mümkündür. O da bəllidir ki, hər hansı xarici ölkədəki diplomatik nümayəndəliyimiz bu məsələ ilə bağlı müstəqil qərar qəbul etmir, mütləq rəy üçün Azərbaycan XİN-ə müraciət olunur. Maraqlısı da budur ki, Mahir Zeynalov 2011-ci ildə İstanbuldakı Baş Konsulluğumuza müraciət edib və mənfi cavab alıb. Sonradan isə həm Mahir Zeynalov, həm də daha bir neçə nəfər bu hüququ əldə edə bilib. Necə? Bu hələlik qaranlıqdır. 
Əldə etdiyimiz məlumata görə, “Tudeys Zaman”da çalışanMahir Zeynalov, Lamiyə Adilqızı və Əfqan Niftiyev Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlarıdır. Mahir Zeynalov həm də SAM-ın jurnalı olan “Caucasus International”in redaktorudur. 
2011-ci ildə Mahir Zeynalovun akkreditasiya almaq cəhdi uğursuzluqla nəticələndikdən sonra “Todays Zaman” qəzeti və Strateji Araşdırmalar Mərkəzi Mahir Zeynalovun və Lamiyə Adilqızının Türkiyədə akkreditasiya olunması ilə bağlı Azərbaycanın İstanbuldakı Bas Konsulluğuna müraciət ediblər. Konsulluq həmin şəxslərlə bağlı araşdırma aparıb və onların “nurçu” olduğunu müəyyən edib. Sonra konsulluq Azərbaycan XIN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayevlə bir neçə dəfə əlaqə saxlayıb və məsələnin araşdırıldığını bildirib. Bu da onunla əlaqədar olub ki, “Todeys Zaman”, SAM və Elman Abdullayev İstanbuldakı Azərbaycan konsulluğuna həmin şəxslərə akkreditasiya verilməsi ilə bağlı ardıcıl təzyiqlər göstəriblər.
Konsulluq araşdırmanı başa çatdırmamış Azərbaycanın Ankaradakı səfirliyi həmin şəxslərə akkreditasiya verib və 2012-2013-cü illərdə iki dəfə akkreditasiyanın müddətini uzadıb. 
Məlumata görə, Mahir Zeynalov və Lamiyə Adilqızının akkreditasiya olunması ilə bağlı Azərbaycanın Ankaradakı səfirliyinə təlimatı Elman Abdullayev verib. Ancaq onun bu göstərişi özbaşına verməsi də inandırıcı görünmür. Burada maraq doğuran məqam odur ki, E.Abdullayev Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun yaxın qohumudur, onların xala oğlu olduğu deyilir və tapşırığın da məhz Aslanovdan gəldiyi bildirilir.
E.Abdullayevin öz rəhbərliyinin deyil, bu məsələyə aidiyyəti olmayan vəzifəli şəxsin tapşırığına əsasən xaricdəki səfirliklərimizə təlimatlar verməsi ən azından səriştəsizlik və ya öz səlahiyyətlərindən sui-istifadə deməkdir. 
Digər məlumata görə, “AN” hərəkatının başqanı Ural Aküzüm “Caucasus Internetional” jurnalının məsul katibidir. Kadir Has Universitetinin rektoru Mustafa Aydın isə “AN”-ın Məsləhət Şurasının üzvüdür. SAM həmin şəxslərlə birlikdə Kadir Has Universitetində Azərbaycanla bağlı bir konfrans təşkil edib. 
Həmin konfransa Azərbaycandan müxalifət fəalları, Türkiyədə mühacirətdə yaşayan müxalifət nümayəndələri də qatılıblar.  Tədbirdə Azərbaycan iqtidarı və prezidenti kəskin tənqid olunub, ərəb baharının Azərbaycana gətirilməsi mövzusu ətrafında müzakirələr təşkil olunub, bu işdə Azərbaycan müxalifətinə yardım etmək məqsədilə Avropa və Qərbə çağırışlar edilib. Həmin vaxt Azərbaycan hakimiyyətinin bu məsələdən xəbər tutmaması və ya ona göz yumması qəribə görünür. 
Ən son bilgiyə görə, Türkiyə hakimiyyəti Azərbaycanda “nurcu”ların əl-qol açması, geniş təhsil, biznes şəbəkəsi yaratmaqla yanaşı, həm də öz nümayəndələrini yüksək dövlət postlarında yerləşdirməsindən narahatdır. Bununla bağlı Türkiyənin hökumət dairələrinin Azərbaycan iqtidarına böyük siyahı təqdim etdiyi də bildirilir. Siyahıda Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun, ARDNŞ-in vitse-prezidenti Xaliq Məmmədovun, dini komitənin sədri Elşad İsgəndərovun, onun müavini Gündüz İsmayılovun, gənclər və idman nazirinin müavini İntiqam Babayevin, millət vəkili Ceyhun Osmanlının, Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədovun, Gənclər Fondunun sədri Fərhad Hacıyevin və digərlərinin adları hallanır. (musavat.com)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4658

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031