Hökumət yeni kadr dəyişikliyinə start verir

28.02.2014 - 11:40

Hökumət yeni kadr dəyişikliyinə start verir 

Ziya Məmmədovu Cavid Qurbanov əvəzləyəcək, Elman Rüsğəmov da mart ayında vəzifəsindən alınacaq Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun işdən çıxarılması hakimiyyətin aparmaq istədiyi kadr islahatının başlanğıcıdır
Bu sözləri Politika.az-a etibarlı mənbələrdən məlumat daxil olub. Mənbə bildirib ki, bu dəyişiklikdən sonra proses başqa nazirlikləri də keçəcək və mart ayından etibarən bəzi nazirlərin görəvindən alınacağı gözlənilir. Politika.az-a danışan mənbənin iddiasına görə, mart ayı üçün işdən çıxarılacaq əsas məmurlardan biri nəqliyyat naziri Ziya Məmmədov olacaq. Son dövrlər nəqliyyat nazirinin fəaliyyətində yetərli qədər qüsur tapan rəsmi dairələr artıq onunla işləməyin mümkün olmadığı qənaətinə gəliblər. Məlumatda deyilir ki, Ziya Məmmədovu əvəzləyəcək şəxsin adı da məlumdur. Bunun hal hazırda “Avtoyolservis”in rəhbəri Cavid Qurbanov olacağı gözlənilir. Digər bir məmur isə Mərkəzi Bankın prezidenti Elman Rüstəmov olacaq. Mənbə iddia edir ki, Avstriyada keçirilən məlum məhkəmə prosesindən sonra hakimiyyət dairələrində nüfuzdan düşən sözügedən şəxsin işdən çıxarılacağı qətiləşib. Lakin onun yerinə kimin gətiriləcəyi məlum deyil.
(politika.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4663

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031