Əli Kərimli hakimiyyətə “od püskürdü”

28.02.2014 - 12:15

Əli Kərimli hakimiyyətə “od püskürdü”

Özlərini ələ almağa çalışsalar da, əslində Ukrayna inqilabından sonra qorxu içindədirlər
Bu tərəfdən də bzim AXCP olaraq ciddi təşkilatlanmağımız, ilin sonuna kimi 2 dəfə böyümək hədəfimz narahatçılığı artırıb. Dünən Milli Şuranın Xocalı ziyarətində yaratdığımız izdiham isə bunları isterika həddinə çatdırdı. Həbslərə göstəriş verilib.
Bu gün tamamilə uydurma ittihamlarla mənim mühafizəçim Bəhruz Həsənli 20 sutka, AXCP Cəlilabad şöbəsinin sədri, rejimin repressiya qurbanı (hazırda oğlu və atası həbsdədir) Təzəxan Mirələmli 15 sutka müddətinə həbs olunub. AXCP Gənclər Komitəsinin sədri İlham Hüseyn isə hazırda polis idarəsində saxtakarların qərarını gözləyir. Bir neçə gün əvvəl də gənc cəbhəçi Tofiq Dadaşa 10 sutka həbs cəzası vermişdilər.
Həqiqətən də tarix onu öyrədirmiş ki, bəziləri tarixdən heç nə öyrənmir. Elə son illərdə neçə inqilabı canlı olaraq izləyiblər, neçə-neçə inqilab haqda eşidiblər (oxumaqla araları olmadığından, şübhəsiz, inqilablar haqda da oxumayıblar, ya televiziyadan görüblər, ya da eşidiblər), hələ də başa düşməyiblər ki, inqilabları partiyalar yox, xalq edir. Heç bir vaxtı çatmış, “yetişmiş” diktatoru, avtoritar dövlət başçısını isə repressiyalar qoruya bilmir. 
Bu yerdə çaşa bilərlər ki, bəs o zaman AXCP niyə belə ciddi təşkilatlanır? İzah edirəm: Sizlər öz acgözlüyünüzlə, haqsızlığınızla, ədalətsizliyinizlə, cəmiyyətdə nifrəti, ədavəti artırmağınızla sosial partlayış hazırlayırsınız. Bu ölkəyə ona görə güclü AXCP, Milli Şura, real müxalifət strukturları lazımdır ki, xalqı sizin özbaşınalıqlardan qoruya bilsinlər, sizləri isə istəməsəniz də, addım-addım dəyişikliklərə, islahatlara məcbur etsinlər. Yox, birdən bu alınmasa, ölkə sosial partlayış yaşayası olsa, o zaman da güclü müxalifət ölkəni xaosdan, idarə olunmaz vəziyyətdən, nəhayət, azğın məmurları linc edilməkdən qoruya bilsin. Bir anlıq düşünün ki, Ukraynada güclü müxalifət partiyaları olmasaydı və “Pravıy sektor” tipli təşkilatlar hakimiyyəti götürsəydilər, sizin dostlarınız olan Ukrayna Regionlar Partiyasının rəhbərliyinin, oliqarxların aqibəti necə olardı… 
Sizi əmin edirəm ki, həbslərlə heç nəyə nail ola bilməyəcəksinz. Yel qayadan nə aparacaq ki? Əksinə, on minlərlə narazı və fəal vətəndaşa birləşmək üçün ünvan göstərmiş olacaqsınız.
(politika.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4664

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031