5 nəfər Müsavatçı partiya sıralarından istefa verdi

28.02.2014 - 12:22

5 nəfər Müsavatçı partiya sıralarından istefa verdi

“Biz Müsavatın yolunda canımızı qoyduq, Müsavat isə Milli Şuradan getməklə bütün zəhmətimizi yerə vurdu”
 Müsavat partiyasının Suraxanı rayon şöbəsinin qurucularından olan Mahmudov Rəhim Mahmud oğlu “Azadlıq”ın redaksiyasına gələrək ailəlikcə Müsavatdan istefa verdiklərini və mübarizəni AXCP sıralarında, Milli Şura çətiri altında aparacaqlarını bildirdi.
“20 ildən artıqdır ki, bütün ailə üzvlərimiz Müsavatın vəsiqəsini daşıyır. Yaşadığımız ərazidə hər kəs bizi tanıyır və əqidəmizə, müxalifətçiliyimizə bələddilər. Atam 1-ci qrup əlildi, 78 yaşı var. Ancaq bu yaşlı adam da gecə-gündüz Müsavat partiyasının təbliğatı ilə məşğul olurdu. 2003-cü ildə Isa Qəmbərin seçkilərində öndə gedən, təzyiqlərlə üzləşən, onun namizədliyini müdafiə edənlərdən biri olmuşam.  Müsavat Milli Şuradan gedənə qədər, Isa Qəmbəri özümə “kumir” bilirdim. Biz başa düşürük ki, Milli Şuradan kənarda qələbə yoxdur. Əminəm ki, bunu Isa Qəmbər də bilir. Ona görə bütün ailəmiz Müsavatın addımını xəyanət kimi qiymətləndirir. Sabunçu rayonunda Müsavatın təşkilatlanmasında canımızı qoymuşuq. Indiki halda məlum olur ki, bizim əziyyətimiz, zəhmətimiz hədər imiş. Hansısa maddi maraqlar qarşılığında Milli Şuranı tərk etmək, insanların böyük imidlərinə zərbə vurmaq bağışlanmazdır. Hələ bir müddət öncə bizə deyirdilər ki, Müsavat Milli Şuradan gedəcək. Biz isə inanmırdıq. Ancaq zaman göstərdi ki, öz şəxsi ambisiyaları üçün deyil, xalqın maraqları naminə mübarizə aparanlar Milli Şurada təmsil olunur.
Biz öz mübarizəmizə AXCP sıralarında, Milli Şura çətiri altında davam edəcəyik. Biz müsavatçılıq ideyasına sadiqik.. Ancaq Isa Qəmbərin Müsavatı bizim üçün artıq yoxdur və partiya sıralarından istefa veririk. Fürsətdən istifadə edib bütün Suraxanı müsavatçılarını və Qarabağ qazilərini Milli Şura ətrafında birləşməyə, əsl mübarizə insanları ilə çiyin-çiyinə olmağa çağırıram”. (azadliq.info)
 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4665

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031