Ukrayna üzərində çirkin oyun: müsəlman-xristian qarşıdurması

28.02.2014 - 12:53

Yanukoviçsiz Kiyev iqtisadi böhran yaşayır; Krımda
yeni separatizm baş qaldırıb

İnsanlar hələ ki, Ukrayna hadisələrinin cazibəsindən
qopa bilmirlər. Kimi burada “kənar siyasi drijor”ların izini axtarır, kimi bu
hadisələrin özündən böyük zövq duyur, kimi də onun başqa bölgələrə necə təsir
edəcəyini indidən  araşdırmağa cəhd edir.

Hadisə həqiqətən də diqqətə layiqdir. Amma o, təkcə
heyrət doğurmur, həm də ciddi düşünməyə sövq edir. Bizim üçün Ukrayna hadisələri
bir əsas nəticəsi ilə yadda qaldı. Söhbət nədən gedir?

Hətta
demokratiyalar da…

Burada bir xoşagəlməz etiraf etmək lazım gələcək.
Məsələ ondadır ki, V.Yanukovi
ç demokratik yolla
seçilmişdi. Ukraynada, özü də V.Yu
şenkonun dövründə, üstəlik
seçkinin rəqibin xeyrinə saxtalaşdırıldığını güman etmək üçün heç bir əsas
yoxdur, hər şey qaydalar üzrə baş vermişdi. Amma bu, V.Yanukovich-ə
etirazçıları snayperlərlə qırmağa, ölkəni normal inkişaf yolundan döndərməyə,
qaçarkən pul dolu kisələri helikopterə yükləməyə mane olmadı.

Bu, hansı nəticəyə gətirib şıxarır? Birincisi, ideal siyasi sistem yoxdur. Hətta demokratiyalardan da
sui-istifadə etmək olur. İkincisi, vətəndaşlar heç bir vaxt sayıqlığını itirməməlidir.
Onlar bilməlidir ki, hakimiyyət insanları korlayır, onları xudpəsəndə və möhtəkirə
çevirir. Bunun baş verməməsi üçün cəmiyyət daim sayıq olmalıdır. Günün qəhrəmanına,
V.Yanukoviçə gəldikdə isə, o, reallıq hissini itirmişdi. O, ölkədəki qüvvələr
balansını hesablaya bilmədi. Ölkə ətrafındakı geosiyasi vektorları düzgün qiymətləndirməyi
bacarmadı. Buna görə də hakimiyyətdən getməli idi.

İndi sosioloqlara inanarsiniz…

Öz
reytinqləri haqqında düzgün təsəvvürə malik olmamaq ukraynalı siyasətçilərin mərəzidir.
Bir vaxt məlum oldu ki, hətta V.Yuşenko da öz reytinqi haqqında düzgün təsəvvürə
malik deyil. Bütün hakimiyyətlər xalqın, cəmiyyətin adından danışmağı çox
sevir. Amma əksər hallarda onların cəmiyyətin nə düşünməsindən xəbəri belə
olmur. İnsanların ağzını yumanda düşünürlər ki, onların beyinlərini də nəzarətə
götürürlər. Fəqət, belə deyil, insana düşünməyi yasaq etmək qeyri-mümkündür. O,
bir müddət

susabilər, amma düşünməkdə, çək-çevir etməkdə davam edəcək…

Hakimiyyəti
əgər insanların onlar haqqında nə düşündüyü maraqlandırırsa onda onlar ictimai rəyi
öyrənən, özü də doğru-dürst öyrənən sosioloji şəbəkələr qurmalıdırlar. Hətta
bir yox, bir neçə seçkinin saxtalaşdırmaq olar. Amma sənin əlində ölkənin
elektoral mənzərəsi yoxdursa onda bir gün özün də gözləmədiyin halda cəmiyyətin
böyük təpkisi ilə qarşılaşacaqsan…

İnstitusional etimadsızlıq

Əvvəldə
dedik ki, hətta demokratiyalar da neqativ hallardan sığortalanmayıb. Bu, təkcə
Ukrayna üçün xarakterikl deyil. Qonşu Türkiyəni götürün. Demokratik ölkədir.
Amma baxın görün nə boyda korrupsiya qalmaqalı üzə çıxıb! Hətta elə vəziyyət
yaranıb ki, adam daha əvvəlki kimi Türkiyəni digər ölkələrə nümunə göstərə
bilmir, “Türkiyə bir örnəkdir!”-deyə bilmir.

Amma
bu ölkədəki mərəzin çarəsini də yenə demokratiyanın özü verdi- aşağı çinli məmurlar
öz karyeraları, hətta həyatları ilə risk edərək yüksək vəzifəlilərə qarşı cinayət
işi açdılar, onları məsuliyyətə cəlb etdilər.

Ukrayna
özü də müəyyən mənada bu sxemə uyğun gəlir- bəli, V.Yanukoviç sərbəst və azad
seçkilər yolu ilə seçilmişdi, amma o, demokratiyanın gücünü hesablaya bimədi,
ona görə də hakimiyyətdən getməli oldu…   Demokratiyada belə bir anlayış
var-institusional etimadsızlıq. Bu, hamının hamıya nəzarəti deməkdir. Bunsuz
mümkün deyil. İnsanlar sayıqlığını bircə an belə itirərsə dərhal siyasi fəlakət
baş verər- bir də ayılıb görərlər ki, on
ların hətta demokratik yolla seçdikləri
prezident özü üçün 650 milyon dollarlıq sərvət toplayıb… Ona görə ki, nəzarətsiz
insan reallıq hissini itirir. Hakimiyyət reallıq hissini itirəndə isə ən ağlagəlməz
işlər baş verir- bir də baxıb görürsən ki, meydanların ətrafında snayperlər
yerləşdiriblər…

Yanukoviçin devrilməsi hələ Ukraynanın xilasına səbəb
olmayıb

Ukraynanın
Avropaya inteqrasiyasının dəstəkləyənlərin Kiyevin qarlı-buzlu küçələrində
aylarla davam edən etiraz hərəkatı sonda zorakılıq müstəvisinə keçdi . Ötən
ilin noyabrında qəfildən Avropa İttifaqı ilə Assosiativ üzvlük danışıqlarını
dayandıraraq Putinin Gömrük İttifaqına doğru istiqamət alan Yanukoviç yüzə
yaxın ukraynalının həyatı bahasına da olsa hakimiyyətini itirdi.

Lakin
belə görünür ki, Yanukoviçin devrilməsi hələ Ukraynanın xilasına səbəb olmayıb
və onun Avropaya yolunu açmayıb. Rusiyanın Ukraynada qərbpərəstlərin qələbəsinə
cavab olaraq ölkəni parçalamaq planını işə salacağı barədə narahatlıqlar özünü
doğrultmaqdadır. Yanukoviçi hərbi gəmi ilə ölkədən qaçıb, Krımda isə vətəndaş
müharibəsi tam realdır. Birmənalı şəkildə aydındır ki, Ukraynanın indiki bölünmək
və ərazilərinin bir hissəsini itirmək təhlükəsi qarşısında olmasında həm Yanukoviç
hakimiyyətinin, həm onun devrilməsi üçün aylarla küçələrdə mübarizə aparan
müxalifətin günahı var.
Yanukoviçin
eyni vaxtda iki stulda oturmaq – bir tərəfdən Avropaya inteqrasiya danışıqları
aparmaq və Assosiasiya Sazişini imzalamaq mərhələsinə qədər irəliləmək, digər tərəfdən
Avropaya inteqrasiyanı hakimiyyətini qoruyub saxlamaq üçün daim Rusiya ilə
alver predmetinə çevirmək siyasəti sonda onun rüsvayçı sonunu gətirdi.

Lakin onun hakimiyyətini devirməyə can atan qüvvələr
də Ukraynanın hansı təhlükə qarşısında olduğunu ya yetərli ölçüdə dərk edə bilmədilər,
ya da hakimiyyəti ələ keçirmək naminə bu təhlükəni qulaqardına vurdular.

“Maydan Ukraynası” böhran içində

Ukraynada
prezident Viktor Yanukoviçin Avropameylli müxalifət tərəfindən hakimiyyətdən
devrilməsindən sonra ölkə yeni bir böhranın astanasındadır. 3 ay davam edən
etiraz aksiyalarından sonra iqtisadiyyatı ciddi şəkildə geriləyən və maliyyə
problemləri ilə üzləşən rəsmi Kiyevin bu yükün altından necə çıxacağı qaranlıq
olaraq qalır. Ukrayna iqtisadiyyatının yenidən dirçəldilməsi yollarını müzakirə
etmək üçün yenidən Kiyevə səfər edən Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik
məsələləri üzrə ali komissarı Ketrin Eşton müxalifət liderləri və müvəqqəti
prezident Aleksandr Turçinovla bir araya gəlib.

Həyəcan
siqnalı verən Ukrayna Maliyyə Nnazirliyinin dünya ictimaiyyətindən maliyyə
yardımı tələbinə İngiltərə və ABŞ-dan müsbət cavab gəlib. Ağ Ev
administrasiyası Kiyevə maliyyə yardımı göstərməyə hazırdır. Ağ ev sözçüsü Cey
Karni deyib ki, Ukraynanı çətin vəziyyətdən çıxarmaq üçün ABŞ öz tərəfdaş ölkələri
ilə müzakirələri davam etdirir: “Ukrayna tələb olunan islahatları yerinə
yetirdikcə biz onlara maliyyə yardımı göstərməyə hazırıq”.

Ancaq
qərb ittifaqının Kiyevə maliyyə yardımı göstərməsi o qədər də asan baş
tutmayacaq. Beynəlxalq valyuta fondunun Ukraynaya nə qədər və nə zaman yardım
göstərəcəyi hələ məlum deyil. “Udar” partiyasının lideri Vitali
Kliçkonun sözlərinə görə, ortada bir məqsəd olmadan maliyyə yardımı göstərməyin
heç bir mənası yoxdur:

 

 “Ukraynaya maliyyə yardımı yalnız faydalı
şəkildə və iqtisadiyyatı canlandırmaq məqsədi ilə veriləcək. Ancaq bunun üçün
ilk olaraq yeni hökumət formalaşmalı və öz islahatlar proqramını beynəlxalq
valyuta fonduna təqdim etməlidir”. Maliyyə məsələləri ilə bağlı aparılan
danışıqlar Ukraynanın heç də siyasi böhrandan xilas olduğu mənasına gəlmir.

Krımda aparılan çırkin oyun

Belə gərginbir durumda Krımdahər cürhiylələrlə müsəlmanlarıxristian dininə cəlbetməyə çalışanmissionerlər fəaliyyətləriniartırıblar. Missionerlərinsözlərinə görə ənson nazil olanmüqəddəskitab isə İncildir.Krım MüsəlmanlarınınMənəvi İdarəsininmətbuat xidmətitərəfindənverilən məlumataəsasən, Krımdaxristian missionerlik fəaliyyətləriləməşğul olanbəzi aktivxristianlar, əməlləriləmüsəlmanları xristian dininə cəlbetməyə çalışırlar.

KrımMüsəlmanlarınınMənəvi İdarəsiverdiyi bəyanatdabunları dedi: “SonvaxtlarAralarındaYahova şahidlərinində olduğuxristian məzhəbləriKrımda öz ədəbiyyatını KrımTatardilində təbliğedirlər. Bu ədəbiyyat isə müsəlman
və şərq tərzində, xüsusən Quranın ümumi tərzi çərçivəsində həyata keçirilir. Həmin
kitablar arasında səhv tərcümə edilmiş xristian və yəhudilərin dini kitabları
da vardır. Bundan başqa, Krım-Tatar dilində hazırlanan audio və video disklər,
həmçinin təqvimlər də paylanır.”

Bu
kitablar Krım-Tatar dilinə tərcümə olunarkən məfhumların mənaları səhv şəkildə
dəyişdirilir. Xüsusən Tövrat və İncilin şeirləri tərcümə edilərkən müsəlmanlara
xas “Surə” məfhumlarından istifadə edilmişdir. Bununla yanaşı,
missionerlər ən son nazil olan müqəddəs kitabın İncil olduğunu bildirir, beləliklə
müsəlmanların kitabı olan Quranın son kitab olduğunu rədd edirlər.

Krım
Müsəlmanlarının Mənəvi İdarəsi, Krım müsəlmanlarını belə dini ədəbiyyatdan çəkindirməyin
zəruriliyini qeyd edərkən, müsəlmanların Müqəddəs Quran kitabının məfhumlarının
Tövrat və İncildə işlədilməsinə görə məhkəmədə iddia qaldıracaqlarını bildirdilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4667

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031