İsmət Abbasov Azərbaycanı məhkəməlik edib

28.02.2014 - 13:15

İsmət Abbasov Azərbaycanı məhkəməlik edib

Keçmiş nazir xariclə bağlanmış müqavilələrin pul ayrılsa da maliyyələşməsini reallaşdırmayıb, Heydər Əsədov isə hökumətdən vəsait istəyib 
Kənd təsərrüfatı naziri Heydər Əsədovun bu yaxınlarda hökumətə müraciət edərək, rəhbərlik etdiyi sahədəki mövcud biabırçı vəziyyəti aradan qaldırmaq üçün əlavə maliyyə vəsaiti istəyib. Politika.az-a daxil olan məlumatlara görə, nazir keçmiş sələfi İsmət Abbasovun büdcə vəsaitlərini talan etməsini müəyyənləşdirdikdən sonra yarımçıq qalmış işləri bu şəkildə yoluna qoymaq fikrindədir. 
Məlumatda deyilir ki, indiyə qədər kənd təsərrüfatı sektoruna ayrılmış milyonlarla manatıq aqibəti yoxlamalardan sonra üzə çıxıb. Və məlum olub ki, keçmiş nazir İsmət Abbasov ancaq büdcədən pul almaqla məşğul olub. Həmin pulları isə təyinatı üzrə xərcləməyib. Heydər Əsədov hətta xariclə bağlanmış müqavilələrin maliyyələşmədiyini də müəyyənləşdirib ki, bununla bağlı yuxarılara məlumat verib. Həmin müqavilələrin yerinə yetirilməyəcəyi təqdirdə Azərbaycan hökumətinin məhkəməyə çəkiləcəyi barədə də xəbərdarlıq edən yeni nazir təcili olaraq, əlavə maliyyənin ayrılmasının zəruri olduğunu vurğulayıb. 
Politika.az-a danışan mənbə deyib ki, yaranmış biabırçı vəziyyətin keçmiş nazir İsmət Abbasova təsiri olub-olmayacağını bilmir. Amma bununla bağlı bəzi addımların atılacağını istisna etməyib.
(politika.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4668

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829