Rus hərbçiləri Krımda dövlət müəssəsini ələ keçirdilər – İşğal

28.02.2014 - 14:58

Rus hərbçiləri Krımda dövlət müəssəsini ələ keçirdilər – İşğal

İnzibati binanı ələ keçirənlərin Rusiya Silahlı Qüvvələrinin Baş kəşfiyyat İdarəsinin xüsusi təyinatlı döyüşçülərinin olduğu bildirilir
Rus hərbçiləri Krımda yeni bir dövlət müəssisəsini ələ keçirdilər. 
Avropa. info xarici mətbuata istinadən xəbər verir ki, rus hərbçiləri Sevastopl aeroportunu zəbt etdikdən sonra Simferopolda “Krımaerorux” dövlət müəssisənin inzibati binasını ələ keçiriblər. Hansı ki, bu müəssisisə Krım yarımadasında yerüstü aviasiya naviqasiyasını təmin edir. Simferopolda maska və kaska geyinmiş 10-15 rus hərbçisi əllərində silah “Krımaerorux”un binasına daxil olaraq işi dayandırmağı təlıb ediblər. Əli silahlılar inzibati bina yaxınlığında da görünməkdədir. Aeroportu zəbt edənlərin Rusiya Silahlı Qüvvələrinin Baş kəşfiyyat İdarəsinin xüsusi təyinatlı döyüşçülərinin olduğu bildirilir. Onların  Rusiyadan gəldikləri  və təyyarələrinin  Krımdakı Qvardeysk qəsəbəsi yaxınlığındakı  Qara dəniz donanmasının hərbi aerodromunda olduğu deyilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=4672

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031