Milli Şura Azərbaycan hakimiyyətinin Avrointeqrasiya siyasəti ilə bağlı konfrans keçirib

28.02.2014 - 16:36

Milli Şura Azərbaycan hakimiyyətinin Avrointeqrasiya siyasəti ilə bağlı konfrans keçirib

Bu gün Demokratik Qüvvələrin Milli Şurası Azərbaycan hakimiyyətinin Avrointeqrasiya siyasəti ilə bağlı konfrans keçirib. FaktXeber.com-un verdiyi məlumata görə, tədbirdə Milli Şura üzvləri, tanınmış siyasətçilər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları çıxışları zamanı Azərbaycan hökumətinin Avrointeqrasiya siyasəti ilə bağlı tənqidi fikirlər səsləndiriblər. Natiqlər çıxışları zamanı bildiriblər ki, Azərbaycanın Avropa xalqları ailəsinin tam və bərabərhüquqlu üzvünə çevrilməsi xalqımızın və dövlətimizin ali maraqlarına cavab verən ən düzgün strateji seçimdir və bu seçimin alternativi yoxdur. 
 
Milli Şura üzvləri isə çıxışları zamanı Azərbaycan siyasi rəhbərliyini  xalqın və dövlətin ali maraqlarını öz şəxsi hakimiyyət marağının girovuna çevirməməyi səsləyib. 
 
Tədbirin sonunda Milli Şura tərəfindən verilən bəyanatda bildirilir ki, Azərbaycan ən qısa zamanda Avropa Birliyi ilə Assosiasiya və Azad Ticarət Sazişi imzalamağa hazırlanmalıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=4676

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930