Ukrayna xalqı – tarixə kiçik bir baxış

28.02.2014 - 16:46

Ukrayna xalqı – tarixə kiçik bir baxış

Banderaçılar – Ukraynanın sanitarları
Ukrayna xalqının mübarizliyindən söz açanlar çox zaman belə bir ifadə işlədirlər – “bender ruhu qalib gəldi”. Lakin əksər hallarda burada bir kobud qrammatik səhvə yol verilir. Benderlər ilə banderaçılar arasında böyük fərq mövcuddur. 
Benderı Moldovada yerləşən şəhərin adıdır. Bu şəhərin əhalisi rus dilində “benderovçı” adlanır. Banderaçılar isə Ukrayna millətçisi, müstəqil Ukrayna üçün canını fəda edən Stepan Banderanın tərəfdarlarıdır.
Stepan Bandera 1909-cu ildə o vaxt Avstriya-Macarıstan İmperiyasının tərkibində olan  Qaliçina qəzasında (hazırkı İvano-Frankovsk vilayəti) dünyaya gəlib. 1928-ci ildə Polşa işğalı ilə mübarizə məqsədilə yaradılmış Ukrayna Hərbi Təşkilatına üzv olub. 1929-cu ildə bu qurumun da iştirakı ilə Vyanada Ukrayna gənclər təşkilatlarının birləşdirici konqresi keçirilib və Ukrayna Millətçiləri Konqresi yaradılıb. 1934-cü ildə Polşanın daxili işlər nazirinə sui-qəsd üstündə həbs edilərək əvvəlcə ölümə, sonra da ömürlük həbsdə məhkum edilən S. Bandera 1939-cu ildə azadlığa çıxıb. 1940-cı ildə Ukrayna Millətçiləri Konqresinin üzvlərinin əksəriyyəti tərəfindən bu qurumun lideri seçilib. 1941-ci ildə Lvovda bir neçə alman generalının iştirakı ilə Ukrayna dövlətinin bərpası haqqında Akt elan edilib və S. Banderanın silahdaşı Yaroslav Steskonun rəhbərliyi ilə hökumət formalaşdırılıb. Ukraynanın müstəqilliyi ilə razılaşmayan faşist Almaniyasının rəhbərliyi S. Banderanı həbs edib və ondan Müstəqillik Aktının ləğvi tələb olunub. Tələbi rədd edən S. Bandera həbsə  alınıb və konslagerə göndərilib. S. Banderanın həbsdə olduğu illərdə Ukraynada yaradılan Ukrayna İnqilab Ordusu həm almanlar, həm də SSRİ ilə müharibə aparıb. Təxminən 100 min döyüşçüsü olan Ukrayna İnqilab Ordusunun tərkibində azərbaycanlılar da olub. S. Bandera ölənə qədər vətəninə qayıda bilməyib. O, 1959-cu il oktyabrın 15-də Münhendə yaşadığı binanın qarşısında SSRİ DTK-sının agenti Boqdan Staşinski tərəfindən qətlə yetirilib.
S. Bandera  Ukrayna millətçiliyinin əsas ideoloqu və nəzəriyyəçisidir.   SSRİ zamanında DTK və rus  kommunist ideologiyası onu almanların agenti adlandırırdı. Bu böyük ideoloqun nüfuzunun zədələnməsi istiqamətində təbliğat o dərəcədə ifrata varmışdı ki, onu eyni zamanda polyakların casusu adlandırılanlar da tapılırdı. Lakin  S. Bandera nə Almaniyanın, nə Polşanın, nə də ki Rusiyanın agenti ola bilməzdi.  Almanlar onu 1941-ci ildən 1945-ci ilə qədər konslagerdə saxlayıblar. 1934-39-cu illərdə isə Polşa həbsxanalarında yatıb. 
Uzun illər S. Banderanın adı ukraynalılar üçün bir azadlıq simvoluna çevrilib. SSRİ zamanı S. Banderanın  portretləri dissident hərəkatının bayrağı kimi dalğalanıb.
S. Banderanın ideyalarının tərəfdarları daha çox Qərbi Ukraynada mövcud olub. Hətta Sovet sisteminin cəza aparatı banderaçıları öz yolundan döndərə bilməyib.
İllər boyunca Ukraynada rejimə qarşı mübarizliyi ilə seçilənlər ideoloji rəğbətlərindən asılı olmayaraq, banderaçılar adlandırılmağa başlayıb. Bəlkə də onların əksəriyyəti, xüsusən gənc nəsil S. Bandera barədə olduqca məhdud məlumatlara malik olub.
Lakin əfsanəvi S. Banderanın ismi öz işini görüb.
S. Bandera Ukraynanın azadlıq simvolu hesab olunub.
Banderaçılar daima Rusiyaya və bolşevik – kommunist ideyalarına qarşı olublar. Onların ən böyük arzusu rus əsarətindən azad olmaq və sözün əsl mənasında müstəqil Ukraynanın yaradılmasına nail olmaqdır.
Banderaçılar özlərinin Qərblə bağlanmasına qarşıdırlar. Millətçilikdən  uzaqlaşan istənilən hakimiyyət banderaçılar üçün düşmənə çevrilir.
Banderaçıların MDB məkanına daxil olan ölkə müxalifətçilərindən bir başlıca fərqi var. Onlar hələ SSRİ dönəmindən başlayaraq, gizli silahlı təşkilatlar yaratmağa üstünlük veriblər. Çox zaman banderaçılar meşələrdə gizlənib, yeraltı bunkerlərdə yığışıblar. Hüquq mühafizə orqanları ilə mübarizədə banderaçılar yalnız bir mübarizə metodu tanıyıblar – silahlı müqavimət.
SSRİ dağıldıqdan sonra da banderaçılar silahı yerə qoymayıblar və öz sınaqdan çıxmış metodlarına sadiq qalıblar.
Təbliğat və real güc banderaçıları xalqın ümid yerinə çevirib.
 Banderaçılar hesab edirlər ki, xalqın sərvətini talayanlara qarşı yalnız silahla mübarizə aparmaq perspektiv vəd edə bilər. Sivil metodlarla mübarizə avtoritar rejimlərdə bəhrə verə bilməz. Ukrayna millətçiləri qarşılarına yalnız hakimiyyətə gəlmək məqsədi qoymayıblar. Onlar bir sanitar kimi cəmiyyəti təmizləyir və heç bir şəxsi iddia ilə çıxış etmirlər.
Böyük tarixi təcrübəyə malik olan banderaçıların uğurunun əsasını elə yuxarıda sadalananlar təşkil edir. Ölümə hazır olan, fəaliyyətlərində hakimiyyət iddiası əsas amil olmayan və millətə canını fəda edənlərə isə yalnız rəğbətlə yanaşmaq mümkündür… (müsavat.com)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4677

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031