SUMQAYIT HADİSƏLƏRİ: ZAMAN NÖQTEYİ-NƏZƏRİ İLƏ BAXIŞ
SUMQAYIT HADİSƏLƏRİ: ZAMAN NÖQTEYİ-NƏZƏRİ İLƏ BAXIŞ
Çapay Sultanov, professor
“Bütün gizlinlər tez və ya gec aşkar olunur”, – Sokrat
Bir çox siyasətçi və siyasətşünasların fikrincə Sumqayıt hadisələri SSRİ-nin dağılma dövründə ən uğursuz təhriklərdən biri olmuşdur.
Faktiki olaraq Sumqayıt hadisələri SSRİ məkanında tökülən qanın və bütün mənfi proseslərin başlanğıcı olmuşdur. SSRİ-də görünməmiş hadisələr baş verməyə başladı: milis, daxili qoşunlar və ordu milli zəmində və digər münaqişələrdə axıdılan qanın səssiz-səmirsiz seyricisinə çevrilmişdir.
İstənilən əlamətdar siyasi hadisə sistemli quraşdırma ilə yanaşı bir çox lokal hissələrdən tərtib edilmişdir ki, onlar əsas hadisələrin fonu olmuşdur. Bu və ya digər hadisələrin ciddi araşdırılmasının əsas qayəsi bütün faktorların formalaşdırılmasından və onları model şəklində təqdim edilməsindən ibarətdir. Təbii ki, modelin tərtibatı daha ağır çəkili əmsallara malik olan faktorları qabardmaqla mümkündür. Belə olmadıqda proses xaotik səciyyə daşımağa başlayır və vəziyyət maksimal entropiya xarakreli olur. Bununla yanaşı, adətən maraqlı tərəf özünün siyasi təmənnasına cavab verən faktorları qabardmağa cəhd göstərir. Və bu cəhd həmin tərəfin tabeliyində olan KİV-lərin istifadəsi və kütləvi yayımı hesabına gerçəkləşir.
Erməni tərəfi məhz bu üsulla hərəkət etməyə başladı və Sumqayıt hadisələri ilə əlaqədar öz maraqlarına uyğun faktorları önə çəkərək dünya ilə bir eylədilər.
Sumqayıt hadisələrinə görə Azərbaycan güclü informasiya zərbəsinə məruz qaldı. Təsadüfi deyil ki, məşhur yazıçı Buniç Sumqayıtda və Bakıda baş vermiş hadisələri SSRİ-nin üstü açılmamış gizli tarixinin növbəti səhifəsi kimi səciyyələndirmişdir. Dünya şöhrətli yazıçı Eduard Topol “Svoboda” radiostansiyasından Tengiz Qudavayə Sumqayıt hadisələri ilə əlaqədar bunları söyləmişdir: “Sumqayıt hadisələri təxribatdır. Mən bundan tam əminəm. Mən öz jurnalist bioqrafiyamı Sumqayıtda başlamışam. Sumqayıt Sovet düşüncəli beynəlmiləl proletariat tərəfindən tikilib… “Udarnaya stroyka” qəzetinin çağırışı ilə ölkənin hər yerindən ən müxtəlif insanlar buraya axışmışdı. Mən həmin qəzetdə çalışırdım, bir gün ermənidən, o biri gün azərbaycanlıdan məqalələr yazırdım. Bizim redaksiyada beş nəfər yazar var idi, onlardan iki yarımı yəhudi, bir erməni qadın və bir azərbaycanlı idi, biz hamımız bir yaşda və hər şeydə tamamilə eyni hüquqlara malik idik”.
Yenidənqurmanın ideoloqu A.Yakovlev vaxtı ilə bəyan etmişdir ki, Sumqayıt hadisələri – sovet xüsusi xidmətinin işidir. Şübhəsiz ki, bu bəyanata lazımi diqqətlə yanaşmaq gərəkir. Etiraf etmək lazımdır ki, bu cür bəyanatları səsləndirmək kifayət qədər cəsarət tələb edirdi. Lakin bununla yanaşı, A.Yakovlevin dedikləri Sumqayıt probleminə sadələşdirilmiş yanaşma sayılır. Həmçinin bu bəyanat SSRİ-də baş alıb gedən hərcmərcliyə görə yenidənqurmanın ideoloqu A.Yakovlevi və onun şefi M.Qorbaçovu heç bir vəchlə məsuliyyətdən azad etmir.
Sumqayıt hadisələrində SSRİ DTK-ni suçlayaraq, Yakovlevin öz yaxasını kənara çəkmə cəhdi asan olsa da, lakin sadəlövh bir addım kimi dəyərləndirilir. Halbuki Yakovlevin doğma SovİKP MK-dan başlayaraq SSRİ DTK-nə qədər Sumqayıt hadisələrinin və buna bənzər təxribatların müəlliflərinin bütün məqsədlərini ifşa etməsi daha məntiqli və həqiqətəuyğun olardı. SSRİ-nin müəyyən xüsusi xidmət orqanlarının Sumqayıt hadisələrində əlinin olduğundan müəllif şübhə etmir, lakin belə olan halda Qorbaçov və onun komandası nəyə görə hərəkətsiz qalmışdırlar? Bu gün bir şey dəqiq məlumdur ki, Sumqayıt hadisələri başlayandan artıq bir neçə saat sonra Qorbaçovun hər şeydən xəbəri var idi, özü də o, məlumatı müxtəlif kanallar vasitəsi ilə almışdı. Jurnalist Anatoli Mostovoyun yazdıqlarından: “SovİKP MK-də hadislər haqqında ənənəvi olaraq bir növ yumşaldılmış məlumatlar həmin gün daxil olmuşdur. Bu informasiya öncə SSRİ DİN-nin sutka ərzində baş vermiş hadisələrin operativ məlumatı qismində, bir neçə saatdan sonra isə DTK-nin kanalları ilə daxil olmuşdir. Baş katibi bir saat sonra məlumatlandırdılar. O ana qədər isə DTK-nin və DİN-nin mütəxəssisləri tərəfindən hazırlanan proqnozlardan və hesabatlardan ibarət qovluq artıq kifayət qədər şişmişdi”.
Bununla əlaqədar sual yaranır: nəyə görə, sonralar Bakıda olduğu kimi, qoşun hərəkətsiz qalmışdı? Axı onlar SSRİ DTK-nin tabeliyində deyildi! Burada, Ştirlitsin dediyi kimi: “Nəsə düz gəlmir, əlaqə yoxdur yoxdur!” Əlaqənin olmamamğında isə iöz hərəkətləri ilə ətraflı məlumat olmadan iyerarxiya sistemini qurmağın çətin olduğu mürəkkəb vəziyyəti yaratmış bütün tərəflər günahkar idi. dır.
Bu gün bir şey aydındır ki, öz niyyətlərini həyata keçirmək üçün hər iki tərəf müəyyən xaosa ehtiyac duyurdu, – fərq yalnız onların hər birinə lazım olan xaosun miqyasında idi. Qorbaçova idarə oluna bilə xaos lazım idi. SSRİ xalq deputatı, sonra isə Sankt-Peterburqun meri Anatoli Sobçakın hadisələr haqqında söylədiklərindən: “Sumqayıtda aksiya çox yaxşı planlaşdırılmışdı və “savadlı” həyata keçirildi. Hadisələrin ipi suya atıldı və izi itirildi… Sov İKP-nın təkbaşına iqtidarı şəraitində bu hadisələrin gerçək təşkilatçılarından heç olmasa birinin mühakimə edilməsi sadəlöhvlükdür… Onlar bütün şübhələrdən kənarda qaldılar… Bu onların Qorbaçovun yeritdiyi siyasətə qarşı etirazıdır”. (Anatoli Sobçak, “Biri var idi, bir yox idi, bir Sov İKP var idi” məqaləsindən).
Təəcüblüdür, ancaq Sumqayıt hadisələrindən sonra Sov İKP ideologiyasının sütunlarından olan məsələn, Genrix Borovik və Georgi Arbatov kimi məşhur jurnalist və alimlər birdən-birə öz siyasi baxışlarını dərhal dəyişdirdilər. Onlar əvvəllər də şübhəli əlaqələr qurmaqdan çəkinmirdilər. Arbatov tez-tez ABŞ-a gedirdi, Borovik isə Qərb ölkələrində SSRİ-nin Aleksandr Kerenski kimi qəti düşmənlərindən rahatca müsahibə alırdı.
SSRİ deputatlarının I qurultayında Y.Koryakin bəyan etdi ki, G. Borovik tankda oturarkən, çex kommunistləri adından Sovet ordusunun 1968-ci ildə Çexoslovakiyaya daxil olmasını xahiş edən çağırışın mətnini yazırdı. DTK-nin keçmiş sədri Kryuçkov yazır: “Arbatov Georgi Arkadyeviç adında bir akademik tanıyıram ki, o, indi özünə sayca yeddinci şef arayışlarındadır. Öncə Stalinə, sonra isə Xruşova, Brejnevə, Andropova, Çernenkoya və Qorbaçova işləyib. İndi isə başqa bir hədəfə can atır. SSRİ EA ABŞ və Kanada İnstitutuna rəhbərlik edərkən o, həm də amerikal lobbisinin qəlbi idi. Qromıko bunu əla başa düşürdü və ona görə də onunla işləməkdən imtina etdi”.
G. Borovikin və G.Arbatovun 1988-1990-cı illərdəki ABŞ səfərləri ilə fəal şəkildə San-Fransiskonun Ticarət palatasının müdir müavini Harri Orbelyan məşqul olurdu. Mövcud olan məlumatlara əsasən onun ABŞ xüsusi xidmət orqanları ilə sıx əlaqələri var idi. Orbelyan “müsafirlərə” maliyyə dəstəyi verirdi, onların bahalı mehmanxanalarda qalmasını, ölkə içində səyahətlərini, yaxta gəzintilərini və s. ödəyirdi.
Sumqayıt hadisələri haqqında əks-səda yaratmış çəkdiyi filmdə Р’orovik ermənilərin müdafiəsinə qalxır, eyni zamanda baş vermiş hadisələr haqqında mahiyyət kəsb edən məsələlərə toxunmur. Onun Sovet partiya orqanlarına və güc strukturlarına qarşı tutduğu mövqe də birmənalı deyildi. Eyni mövqeni Arbatov da nümayiş etdirirdi. Hər ikisinin bu cür davranışı müəyyən şübhələr doğururdu.
Yuxarıda da qeyd etdiyimiz kimi, Qorbaçova idarə olunan xaos lazım idi. Qorbaçov Hindistanın baş naziri Raciv Qandiyə deyir: “İndi bizdə fırtına qopub. Lakin bu fırtınanın bizə faydası olacaq”. Sumqayıt hadisələrini də nəzərə alan bu kəlimələr.
Sumqayıt hadisələrindən sonra SSRİ Ali Şurasının məşhur iclasında azərbaycanlı deputatın “Sumqayıt hadisələri tanınmış qüvvələr tərəfindən təşkil edilməmişdirmi?” sualına Qorbaçov əsəbi halda cavab vermişdir: “Heç kim heç nə təşkil etməyib, sadəcə olaraq qoşunlar bir neçə saat gecikib (?! – Müəllif), vəssalam!” Heç Qorbaçova xeyli miqdarda rus hərbçisinin yerləşdirildiyi Bakıdan Sumqayıta qədər 20 dəqiqəlik, yaxınlıqdakı Nasosnıdakı hərbi bazadan isə – 5-7 dəqiqəlik yolun olduğunu, 1989-cu ildən etibarən isə Bakı ətrafında, Pirkeşküldə (Sumqayıtdan bir qədər cənubda) SSRİ DTK-nin xüsusi bölmələrinin olduğunu xatırlatmadı. Buna görə də onun hansı saatlardan bəhs etməsi aydın deyil!
İş bunda deyil. Ssenariyə əsasən qoşunlar şəhərə hadisələr artıq baş verdikdən sonra yeridilməli idi və həqiqətən belə də oldu, – axı Qorbaçova idarə oluna bilən xaos lazım idi, onun düşmənlərinə isə – yenidənqurmaya qarşı zərbə!
Qorbaçovun düşüncəsinə əsasən, idarə edilən xaos zamanı köhnə, yaşlanmış partiyaçılar öz vəzifələrini tərk edib, siyasi səhnədən getməli və onları Qorbaçovun adamları əvəzləməli idi. Beləliklə, Qorbaçov hakimiyyətə öz tərəfdaşlarını yerləşdirmək istəyirdi. Yeri gəlmişgən, qeyd etmək lazımdır ki, Ə. Vəzirov da Azərbaycanda Qorbaçovun taktikasını həyata keçirirdi (hər-halda bu üsulu ona moskvalı komsomolçu dostları məsləhət görmüşdülər, zira o, hakimiyyətə gələndən sonra 20 yaxın raykom katibləri vəzifələrindən qovuldu). Vəzirovun aqibəti isə hər kəsin məlimudur.
SSRİ-də sonradan baş vermiş hadisələrin xarakterini izləyərkən aşkar olunur ki, Qorbaçovun ilk dəfə Sumqayıtda həyata keçirdiyi maksimal xaos prinsipi SSRİ məkanını sarsıdan bütün hadisələrdə mövcud idi və bu prinsip Qorbaçovun rəqibləri tərəfindən onun özünə qarşı istifadə olunurdu. Bəzən bu prinsipi Qorbaçov rəqiblərinə qarşı, bəzən isə rəqibləri Qorbaçova qarşı uğurla istifadə edirdi, ancaq hər iki halda bu qarşıdurma Qorbaçovun düşündüyü kimi SSRİ-nin bərkiməsinə deyil, dağılmasına gətirib çıxarırdı.
Tarixçi Armen Marukyan yazır: “Müdafiə nazirliyinin və DİN birlikləri Sumqayıta fevralın 28-də axşam satlarında gəlməyə başladılar, bir sutka sonra isə, yəni ayın 29-da Sumqayıtda ən azı 10 erməni öldürülmüş, onlarca mənzil talanmışdır. Ordu Sumqayıta girdikdə biçarə insanlar yardım üçün BTR-lərin üstünə atılırdılar, hərbiçilər isə cavab verirdilər ki, müdaxilə etmək üçün əmr almayıblar. Və burada sual yaranır: “Ordu Sumqayıta nəyə görə yeridilmişdi?”
Hadisələri görmək bə müdaxilə etməmək! Təbii ki, bunun arxasında Qorbaçovun və onun rəqiblərinin gizli oyunları dururdu.
Bu barədə dəqiq və açıq-aydın Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz araşdırmalar İnstitutunun baş direktoru Svante Kornell demişdir: “Sumqayıtda Sovet ordusunun və daxili qoşunların mövcudluğu heç nəyi dəyişmədi. Ordu kənardan sakitcə hadisələri seyr edirdi… Sovet hakimiyyəti qan axıdılmasının qarşısını almaq niyyətində deyildi, əksinə iki etnik icma arasında münaqişə yaratmağa çalışırdı”.
Şahmat dili ilə desək. Sumqayıt hadisələrinin debütü mürəkkəb mittelşpilə çevrildi. Rəqib tərəflərdən hansının üstün olmağı bəlli deyildi. Hər iki tərəf vəziyyətin nəzarətdən çıxdığını anladıqdan sonra razılığa gəlmiş oldu. Fevralın 29 iğtişaşlar lokallaşdırıldı: “DDO 106-cı hava desant diviziyasının 137-ci paraşüt-desant alayı (komandir podpolkovnik V. Xatskeviç) Bakının yaxınlığındakı aerodroma endirildi. Dərhal Sumqayıta yürüş edərək, alay qarşısına qoyulan vəzifəni yerinə yetirməyə başladı. Dövlət sərhəddini bərpa etdi, dövlət təşkilatlarını nəzarət altına aldı, quldur dəstələrini zərərləşdirdi, zorakılığı dayandırdı”.
Atası dostum və öz dövrünün ən parlaq idman şərhçisi Oktay Atayev kimi istedadlı olan təhlilçi Teymur Atayev belə yazır: “Demək ki, Sumqayıtda nizam-intizamın bərpasına yol verməyən “hərbçilərin əhalini qıcıqlandırma” (Qorbaçov) faktoru deyildi”.
“1988-ci ilin fevral ayında Sumqayıt şəhərində (Azərbaycan) milli zəmində çox sayıda insan ölümü ilə nəticələnən kütləvi iğtişlar baş verdi. Dərhal hadisə yerinə SSRİ DTK-nin “Vımpel” birliyi göndərildi” (“Vımpel” veteranlarının xatirələrindən).
Qeyd etmək lazımdır ki, bu siyasi modeli Azərbaycan MK KP bürosunun üzvləri dərhal ələ aldılar. Onlar hesab edirdilər ki, Azərbaycanın birinci katibi Kamran Bağırov zəif fiqurdur. Onlar qismən haqlı idilər və rəqabət uğrunda bir-birlərini və Kamran Bağırovu tez-tez satırdılar. Azərbaycanın imici onları heç də narahat etmirdi.
Sonrakı illərdə də Sumqayıt hadisələri ilə əlaqədar respublikanın rəhbərləri sukütlarını pozmurdular, savadsız bəyanətlərə istinad etmək isə düzgün olmazdı. Məsələn, Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov Sumqayıt hadisələri haqqında “Azərbaycan gəncləri” qəzetinə bunları demişdi: “Həmin dövrdə respublika alışıb yanırdı. İlk toqquşmalar artıq başlamışdı… Gəncədə və Bakıda bu münaqişələri söndürməyi bacardıq, Sumqayıtda isə bacara bilmədik. Və baş verəcək hadisələr baş verdi”.
Bənzər siyasi vəziyyətdə, avtoritar rejim şərtlərində, Mərkəz və yerli iqtidar hərə öz qaydasız oyununu sürdürdüyü şəraitdə istənilən faciə təbii bir prosesdir.
SSRİ-nin dağılmasının qarşısını almağa çalışan təcrübəli çekistlər anlayırdılar ki, Azərbaycanda nə isə baş verməlidir ki, vəziyyət daha da mürəkkəbləşsin.
Bakıya və Xankəndinə səfərləri zamanı SSRİ DTK birinci müavini F.D. Bobkov Azərbaycan partiya funksionerlərindən hadisələrin gələcəkdə hansı məcrada inkişaf edəcəyi barədə soruşurdu. Onların hərəsi öz proqnozunu vermişdi, aralarında biri isə Bobkovdan soruşdu: “Bəs Mərkəzin proqnozu nədir?” Bobkov heç nə cavab vermədi və hirsli-hirsli əlini aşağı saldı.
Əlbəttə ki, Sumqayıt hadisələrində erməni izi də mövcud idi. “Krunk”un liderlərindən biri A.Manuçarov deyirdi: “Məcbur edəcəyik ki, bizə atəş açsınlar!” Sumqayıt hadisələrində erməniləri birinci öldürməyə başlayan Qriqoryan, bunu necə nail olmağın yollarını nümayiş etdirdi. nümayiş etdirdi.
Sumqayıt hadisələrinin ilk günlərində və həmin hadisələrdən sonra erməni təbliğatı bütün dünyaya Sumqayıtda yüzlərlə qətlə yetirilmiş və yaralanmış erməni haqda haray çəkirdi.
Bəstəkar Mikael Tarıverdiyev, tanınmış aktyor Armen Ciqarxanyan kimi ayrı-ayrı erməni ziyalılarının Sumqayıt hadisələrini nisbtən yumşaltma cəhdlərinin qarşısı erməni lobbisi tərəfindən kəskin şəkildə alınırdı.
Moskvada Sumqayıt hadisələrinə həsr olunmuş mitinqlərin birində çıxış edən MDU professoru, Dağlıq Qarabağda dünyaya gəlmiş Hrant Yepiskopov Sumqayıt hadisələrini qəti şəkildə pisləyərək, bunları demişdi: “Azərbaycanlılar Sumqayıta görə üzr istəməlidirlər, yalnız ondan sonra biz dialoqa başlaya bilərik ki, artıq qan tökülməsin”. Professoru fitə tutdular, sonra isə tribunaya bir yekəpər çıxaraq, onu aşağı endirdi. Nəticədə professoru təcili yardım xəstəxanaya apardı.
Ermənistan Azərbaycan münaqişəsi zamanı Jirinovski daima ermənilərin tərəfini saxlayrdı, bu işdə o cür canfəşanlıq edirdi ki, Azərbaycana qarşı bəzən mənəvi pərdələri belə aşırdı. Və birdən birə…
Rusiya Dumasında keçirilən müzakirələr zamanı Rusiyanın Liberal-demokratik partiyasının sədri Vladimir Jirinovskinin iştirakı ilə qalmaqal baş verdi. RLDP partiyasının lideri Rusiyanın Cinayət Məcəlləsindən milli, dini və irqi ədavəti qızışdırmağa görə cəzanı nəzərdə tutan 282-ci maddəni aradan qaldırmağı təklif etdi. O, öz mövqesini bu cür izah etdi ki, guya bu maddə “antirus səciyyəlidir”. Bir neçə deputat Jirinovskiyə etirazını bildirdi. Etiraz bildirənlərin arasında “Ədalətli Rusiya” partiyasının nümayəndəsi, etnik erməni Semyon Baqdasarov da var idi. S. Baqdasarov RLDP-nın təşəbbüsünü təxribat adlandırdı və V. Jirinovskinin davranışını milli hissləri təhqir edici sayaraq, bu cür davranışı Dumanın Şurasında müzakirəyə çıxarmağı təklif etdi.
V. Jirinovskinin cavabı çox sərt və acımasız oldu: “Söz azadlığı – baqdasarovlar, baqdasaryanlar və s. üçün deyil, hər kəs üçündür. Sumqayıtda qırğını sizi kimilər təşkil etmişdi. Qoy Mironov (“Ədalətli Rusiya” partiyasının sədri) araşdırsın, kimləri öz partiyasına qəbul edib!”
Çox gec də olsa, SovİKP-nin şöbə müdiri Brutents bunlara aydınlıq gətirdi. “Otuz il köhnə meydanda” adlı memuarında o, yazır: “Sumqayıtda partlayış baş verdi: 31 ölüm – 6 azərbaycanlı, qalanı isə erməni”.
Erməni tərəfinin əsas məqsədi Sumqayıt hadisələrini Azərbaycanın əleyhinə işıqlandırmaq üçün informasiya dəstəyindən ibarət idi və ermənilər bu vəzifənin öhdəsindən məharətlə gəldilər.
“İnformasiya müharibəsi” termini 1976-cı ildə amerikalı Tomas Ron tərəfindən tətbiq edilmişdir.
Hərbi ekspertlər təsdiq edir ki, ABŞ Vyetnam müharibəsində həmçinin ona görə məğlub oldu ki, Amerika KİV-ri öz ölkələrinə informasiya müharibəsi elan etmişdi.
Bu faktı İrəvanda əla dərk edirdilər, Bakı da isə – bir o qədər yox!
1990-cı ildə Latviya Ali Şurasının sədri yazır: “90-cı illərdə jurnalistlərin yazdıqları əsas sayılırdı, – xalq daha çox onların dediklərinə inanırdı”.
Bütün dünya üzrə erməni diasporası öz maliyyə və siyasi gücünü işə salmışdı və bu çirkli oyuna qoşulmuşdu. Aşağıda göstərilən qrafiklər dünyada erməni diasporasının gücünü nümayiş etdirir. Ancaq rəqəmlər tam mənzərəni əks etdirə bilmir. Belə ki, erməni diasporası dünyada ən siyasiləşmiş diasporalarından sayılır və dünyada baş verən siyasi və geosiyasi hadisələri diqqətlə izləyərək, lazım olduğunda Ermənistana ehtiyacı olan yardımı göstərir. Çətin təsəvvür etmək olar ki, ABŞ-da çox yaxşı təşkilatlanmış litvalı, eston, polyak və d. diasporalar öz ölkələrinə erməni diasporası kimi dövlət səviyyəsində maddi yardım göstərir. Bu qrafiklər təsadüfən təqdim edilməyib. Bu qrafiklər erməni diasporasının fəallığı, üstəgəl maliyyə imkanları, lazımi informasiyanın yayımı üçün müasir vasitələrin mövcudluğu, dünyanın aparıcı KİV-də ermənilərin və ya onların adamlarının çalışması və s. erməni tərəfinin dünyada müəyyən ictimai rəy yaradılmasına nail ola biləcək qədər necə güclü informasiya sisteminə malik olduğunu göstərir.
Bu, yaxşı nizamlanmış, güclü və çevik sistem Sumqayıt hadisələri ilə bağlı Bakının həqiqəti açıqlamağa yönəlmiş ayrı-ayrı cəhdlərini, sözün əsl mənasında, tarmar etdi. Məhz Sumqayıt hadisələrindən sonra Azərbaycana qarşı siyasi sanksiyalar tətbiq edilməyə başladı.
Erməni tərəfi mükəmməl informasiya modeli hazırlamışdı – Türkiyədə yaşayan ermənilərin “soyqırımı” Sumqayıt hadisələri ilə vahid sistemdə əlaqələndirilərək müasir dövrdə ermənilərin “soyqırımı” kimi təqdim edildi. Özü də ermənilər faktları, müəyyən fotoları və s. elə seçmişdilər ki, Qərb oxucusu nəyin harada – XX əsrin əvvəlində Türkiyədə, yaxud müasir dövrdə Sumqayıtda – baş verdiyini çətinliklə başa düşürdü. Həmin hadisələr bir-birini tamamlayırdı. Bu, qəddar, eyni zamanda səmərəli model idi və dünya səviyyəsində güclü təsir qüvvəsinə malik idi. Məsələnin digər tərəfi də nəzərə alınırdı.
Suriya ətrafında siyasi böhran zamanı, yəni yaranmış problemlərin hərbi, yaxud siyasi yolla həllinə dair NATO-da qızğın müzakirələr gedəndə bir bacarıqlı proqramçı oyun yaradaraq İnternetə buraxdı. Oyunun mahiyyəti sadədir – ölkə və şəhərlərin adı qeyd edilməyən xəritədə Suriyanın yerini müəyənləşdirmək. Özü də oyunçu Suriyanın ərazisinə nə qədər çox yaxınlaşarsa, bir o qədər çox xal qazanır. Məlum olur ki, məsələ müzakirə edilərkən bu oyun Böyük Britaniya parlamentində çox məşhur imiş. İngilis qəzetlərinin yazdığına görə, həmin oyunun nəticələri qənaətbəxş sayılar bilər. Və bu oyun ingilis parlament üzvlərinin Suriyaya qarşı hərbi müdaxilənin əleyhinə səs vermələrinə, ola bilsin ki, təsir göstərdi.
Müxtəlif KİV-lərdə yayılan məlumatlara əsasən, Sumqayıt hadisələrindən xəbərdar olan milyonlarca insandan, ola bilsin ki, yalnız beş-altı nəfəri həmin kompyuter oyununun Sumqayıt variantında müəyyən xal toplaya bilərdi. Lakin, bu, erməni tərəfini narahat etmirdi. Onların əsas məqsədi ictimaiyyəti erməni “soyqırımının” bir daha başladığına inandırmaq idi.
Nə Ankara, nə də Bakının müvafiq cavab modeli yox idi. Türkiyə və Azərbaycanda yalnız ayrı-ayrı məqalələr dərc edilirdi ki, onları da elə yerli əhalinin özü oxuyurdular.
Bu mütəşəkkil qüvvə informasiya alaylarını yerləşdirib hücuma başlamaq üçün çoxdan məqam axtarırdı. Ermənilərin ötən əsrin əvvəlindən aləmə car çəkdikləri “soyqırımı” artıq əvvəlki effektini itirmişdi, əslində Azərbaycanla heç bir əlaqəsi olmayan Türkiyə hadisələri həmin dövrdə dünya ölkələrinin böyük oyunları ilə bağlı idi. Ermənilərin axtardığı bu məqam da yarandı – Sumqayıt hadisələri. Dərhal erməni diasporasının informasiya sistemi tam gücü ilə işə düşdü. Bu sistem məlum dövlətlərin marağı ilə üst-üstə düşürdü və proses həndəsi silsilə ilə getdi. Dünya informasiya məkanında maneə ilə üzləşməyən bu proses çox intensiv idi. Belə ki, orada ən əlverişli mühit hökm sürürdü!
“Öz sərvətini bütün respublikalarla səxavətlə bölüşən, öz Vətəninə, ümumi işə sədaqətlə xidmət edən bir xalqa münasibətdə bu düzgündürmü? Bəli, onun güclü diasporası yoxdur, ölkə daxilində və paytaxtda möhtəşəm lobbiyə malik deyil. Lakin bu o deməkdirmi ki, həmin xalqı yezid kimi ümumi psixoz və ümidsizlik səviyyəsinə, ölmək, amma təklikdə də olsa, ləyaqət və namusunu qorumaq vəziyyətinə çatdırmaq lazımdır… Xalqımıza qarşı görülməmiş ədalətsizlik hökm sürür. Bütün bu vaxt ərzində ölkə rəhbərliyi hara baxır? Nəyi gözləyirlər? -deyə A.Mütəllibov acizanə şəkildə sual verirdi.
Bu həqiqətdir ki, Azərbaycanın fəal diasporası yox idi.
Azərbaycan KİV-lərində səslənən əsas fikir belə idi ki, Sumqayıt hadisələrini erməni və azərbaycanlı ekstremistləri törədiblər və Moskva tezliklə nizam-intizamı bərpa edəcək.
Sumqayıt hadisələri ilə bağlı bütün tərəflərin fəaliyyətini müqayisə edəndə belə bir nəticəyə gəlmək olur ki, Moskvanın qarma-qarışıq modelindən fərqli olaraq erməni tərəfinin modeli dəfələrlə düşünülmüş və səmərəli idi.
Sumqayıt hadisələrindən dərhal sonra Siyasi Büronun yığıncağı keçirildi. Bu yığıncaq Moskvanın mövqeyində çox məqamları açıqladığından onun stenoqramını kifayət qədər tam təqdim edirik.
Sov İKP MK Siyasi Bürosununun yığıncağının stenoqramması
Tam məxfi.
Yeganə nüsxə
(İşçı qeydləri)
Sov İKP MK Siyasi Bürosununun yığıncağı
Short URL: http://www.cumhuriyyet.net/?p=4678